Modern.az

Azərbaycan xarici işlər nazirinin müavinindən Lavrovun bəyanatına REAKSİYA: “Hələ tələsməyək”

Azərbaycan xarici işlər nazirinin müavinindən Lavrovun bəyanatına REAKSİYA: “Hələ tələsməyək”

Aktual

3 Oktyabr 2019, 11:14

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi haqqında açıqlama verib. O, Rusiyanın Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası riskini görmədiyini söyləyib:

"Mən burada irimiqyaslı hərbi əməliyyatın yenidən başlaması ilə bağlı hansısa açıq-aşkar və ümumiyyətlə, təhlükə görmürəm".

XİN rəhbəri qətiyyətlə bildirib ki, Rusiya tərəfi bunun baş verməməsi üçün hər şeyi edəcək:

"Son vaxtlar təmas xəttində vəziyyət olduqca sakitdir, insidentlər azdır və onlar elə də böyük deyil".


Sergey Lavrovun sözügedən bəyanatına münasibət bildirən xarici işlər nazirinin müavini Ramiz Həsənov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan XİN bu məsələdən məlumatlıdır:

“Ancaq Azərbaycan prezidentinin Rusiyada görüşləri başlayıb. Bu məsələyə münasibət bildirməyə tələsməyək. Ölkə rəhbərlərinin görüşündən sonra hər şey aydın olacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir