Modern.az

“Əvvəllər metropolitendə təlim-tədrisə diqqət edilməyib”- ZAUR HÜSEYNOV

“Əvvəllər metropolitendə təlim-tədrisə diqqət edilməyib”- ZAUR HÜSEYNOV

3 Oktyabr 2019, 11:18

"Bakı Metropoliteni üçün peşəkar kadr hazırlığı xüsusi əhəmiyyətə malikdir. Modern.az-ın məlumatına görə, bunu Bakı Metropoliteninin Təlim-Tədris Mərkəzinin açılışında çıxış edən qurumun idarə heyətinin sədri Zaur Hüseynov deyib.


Onun sözlərinə görə, 52 illik tarixi olan metropolitendə əvvəllər təlim-tədrisə diqqət yetirilməyib:

"Məhz cənab prezident İlham Əliyevin diqqət və qayğısı ilə 2014-cü ildə ilk dəfə təlim-tədris mərkəzi yaradıldı. Həmin vaxtdan keçən müddət ərzində burada 4800 metropliten əməkdaşı təşkil edilmiş dərslərdə iştirak edib, yeni biliklərə yiyələnib".


Qurum rəhbəri bildirib ki, yeni təlim-tədris mərkəzi şəffaflığa şərait yaradacaq:

"Hazırda mərkəzdə 8 guşə var və bütövlükdə 13 struktur vahidini əks etdirir. Hazırda ölkəmizdə olan bir çox ali təhsil maəssisələri ilə, həmçinin dünyaca məşhur Siemüns şirkəti ilə əməkdaşlıq edirik. Məhz elektrik avadanlıqları metropolitenin elektrik avadanlıqları siemensə məxsusdur".

 Z.Hüseynov deyib ki, rəhbərlik etdiyi qurumun işçiləri Toronto və İstanbulda da hazırlıq keçib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir