Modern.az

Bakı-Sumqayıt qatarlarının hərəkətində ləngimə oldu

Bakı-Sumqayıt qatarlarının hərəkətində ləngimə oldu

Aktual

3 Oktyabr 2019, 11:20

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında ləngimə qeydə alınıb.

Bunu Modern.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətindən (QSC) bildiriblər.

Qeyd olunub ki, gecikməyə səbəb Keşlə stansiyasında yan qidalandırıcı xətdə yaranan texniki nasazlıq olub:

"Bu gün Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa ləngimə olub. Nəticədə 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb. Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda Bakı-Sumqayıt-Bakı marşrutu ilə elektrik qatarları cədvəl üzrə hərəkət edir".

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür