Modern.az

Rafael Cəbrayılov hansı halda cinayət məsuliyyətinə cəlb oluna bilər? - Hüquqşünas RƏYİ

Rafael Cəbrayılov hansı halda cinayət məsuliyyətinə cəlb oluna bilər? - Hüquqşünas RƏYİ

Aktual

3 Oktyabr 2019, 12:39

Baş prokuror Zakir Qaralov Mərkəzi Seçki Komissiyası tərəfindən deputatlıq fəaliyyətinə xitam verilən Rafael Cəbrayılovun məsələsinə baxılacağını açıqlayıb.

Baş prokuror bildirib ki, məhkəmə baxışında onun tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa göndəriləcək.
“Bundan sonra biz həmin araşdırmaları aparacağıq",- o deyib


Bəs hansı halda Rafael Cəbrayılova cinayət işi açıla bilər?


Hüquqşünas Cavad Cavadov məsələ ilə bağlı Modern.az-a bildirib ki, tərəflər arasında yaranan mülki mübahisədir:


“Videoyazıdan da görünür ki, Rafael Cəbrayılov borcunu danmır və tərəflər arasında notorail qaydada müqavilə var. Bir qayda olaraq bu məsələdə cinayət tərkibi istisna olunur. Bu mülki qaydada həll oluna biləcək məsələdir”.

 

Vəkilin sözlərinə görə, yalnız sabiq deputat bocu ödəməkdən imtina etdiyi halda, məsuliyyətə cəlb edilə bilər:

“Əgər Rafel Cəbrayılov borcu ödəməsə və məhkəmə onun ödənilməsi barədə qərar çıxararsa, o halda qərarın icra edilməməsinə görə məsələyə baxıla bilər. Onun barəsində ilkin olaraq inzibati, daha sonra cinayət məsuliyyəti aktual ola bilər. Mənim hüquqşünas olaraq mövqeyim budur ki, hazırda bu məsələdə cinayət qaydasında təqib istisna olunur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır