Modern.az

Azərbaycanda ən çox və ən az məscidi olan rayonlar - Sürpriz SİYAHI

Azərbaycanda ən çox və ən az məscidi olan rayonlar - Sürpriz SİYAHI

3 Oktyabr 2019, 12:50

Azərbaycan dünyəvi dövlət olsa da, ölkəmizdə İslam rəsmi din statusuna malikdir.  Azərbaycanın bəzi bölgələri dinə sıx bağlı olsa da, bəzilərində belə deyil.
Maraqlıldır, müsəlmanların ibadətgah yeri olan məscidlər hansı bölgələrimizdə daha çox, hansı bölgələrdə isə daha azdır?

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (QİDK) şöbə müdiri Cahandar Əlifzadə  Modern.az-a bildirib ki, hazırkı hesablamalara görə, ölkə ərazisində 2252 məscid mövcuddur.

 

“Bunlardan 211-i Naxçıvan Muxtar Respublikasında yerləşir. Təxminən 400-ə yaxın məscid tamamilə və ya mövsümi fəaliyyət göstərir. Bundan əlavə, Zaqatala (87) və Balakən (40) rayonlarında 127 hücrə (kiçik məhəllə məscidi) vardır ki, onların 115-i Ramazan ayı və dəfn mərasimlərində fəaliyyət göstərir. 907 məscidin dini icması Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsində dövlət qeydiyyatından keçib. Bu məscidlərdə çalışan 1020 nəfər din xadiminə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən maddi dəstək verilir”.


Cahandar Əlifzadə qeyd edib ki, ərazisində ən çox məscid yerləşən rayon Masallıdır:


“Burada 140 məscid var. Bakı şəhərində isə 139 məscid fəaliyyət göstərir. Cəlilabadda 108, Lerikdə 99, Sabirabadda 98, Xaçmazda 87, Lənkəranda 84, İmişlidə 75, Qubada 70, Yardımlıda 67, Saatlıda 59 və Şəkidə 53 məscid mövcuddur.


Ərazisində ən az məscid olan Daşkəsən və Samux rayonu, eləcə də Naftalan şəhəridir. Onların hər birində 1 məscid fəaliyyət göstərir. Ağstafada 3, Siyəzən və Göygöldə 5, Gədəbəydə 6, Tərtər, Füzuli, Qazax və Tovuzda 7, Şirvan və Beyləqanda 9, Oğuz və Xızıda 11 məscid vardır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı