Arxiv
3 Oktyabr 2019, 22:16 | ÖLKƏ
İlham Əliyevdən Paşinyana cavab: “Qarabağ Azərbaycandır və nida işarəsi” - VİDEO

Azərbaycan Prezidneti İlham Əliyev Soçidə keçirilən “Valday” Klubunun sessiyası  çərçivəsində çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı səsləndirdiyi bəyanatlara sərt münasibətini açıqlayıb.

Modern.az xəbər verir ki, Prezident Dağlıq Qarabağın qədim Azərbaycan torpağı olduğunu bəyan edib: “Ermənistanın baş naziri Paşinyan əcaib bəyanat verib. Deyib ki, “Qarabağ Ermənistandır. Nöqtə”. Bu yalandır. Qarabağ Azərbaycanın tarixi və ayrılmaz hissəsidir. Qarabağ Azərbaycandır və nida işarəsi”.

Dağlıq Qarabağın sovet dövründəki tarixinin ermənilər tərəfindən saxtalaşdırıldığını deyən Prezident bildirib ki, bolşeviklərin Qafqaz Bürosu Qarabağın Azərbaycanın tərkibində saxlanmasına səs verib.

İlham Əliyev bəyan edib ki, 27 ildir BMT-nin münaqişə ilə bağlı məlum qətnamələri yerinə yetirilmir. “Qətnamələr kağız üzərində qalır”.

“Paşinyan son zamanlar bəyanatlarında bildirir ki, münaqişə Azərbaycan, Ermənistan və Qarabağ xalqının maraqları çərçivəsində həll olunmalıdır. “Qarabağ xalqı” anlayışı yoxdur. Qarabağ əhalisi var. Münaqişəyə qədər burada azərbaycanlı əhalisi ilə birgə yaşayıblar.  Münaqişənin məqbul variantına gəlincə, bu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından, köçkünlərin öz doğma torpaqlarına qayıtmasından keçir”.

Prezident deyib ki, hərbi təcavüz bu gün də davam edir: “Dünən Qazax rayonunda dinc sakin öldürülüb. Ermənistaın 2016-cı ilin aprel provokasiyası zamanı 6 dinc sakin həlak olub. Bir körpə uşaq qətlə yetirilib”.


Prezident İ.Əliyev qeyd edib ki, münaqişə nəticəsində Qarabağdan 700 min, Ermənistandan isə 250 min azərbaycanlı öz dəbə-baba torpaqlarından qovulub.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AzTV yayım formatını dəyişir 16 Dekabr 2019, 14:54 “Azəriqaz” iddiaları rədd etdi - “Həmin qaz xətlərinin Mərkəzlə əlaqəsi yoxdur”   16 Dekabr 2019, 14:51 Müsavat parlament seçkilərinə qatılacaq namizədlərin adlarını AÇIQLADI 16 Dekabr 2019, 14:31 Kürdə suyun səviyyəsi yarım metrdən çox artıb – Baş hidroloq 16 Dekabr 2019, 14:21 Putin Yeni İli necə qeyd edəcək? 16 Dekabr 2019, 14:20 Gürcüstandan görün nə gətirdilər - FOTOLAR 16 Dekabr 2019, 14:10 Təhsil idarəsi mərkəzdəki partlayışla bağlı məlumat YAYDI 16 Dekabr 2019, 14:03 Bakıda havanın temperaturu yüksələcək - PROQNOZ 16 Dekabr 2019, 13:32 Rusiya gizli silahını işə saldı – NATO narahat qaldı 16 Dekabr 2019, 13:31 Seçkiləri saxtalaşdıranları bu cəzalar gözləyir - həbs, cərimə, küçə süpürmək.. 16 Dekabr 2019, 13:28 Ağ Şəhərdə piyada keçidi və yolayırıcı açılır 16 Dekabr 2019, 13:21 Zelenskinin Azərbaycan səfərinin TƏFƏRRÜATLARI – Prezident və baş nazirlə görüşəcək 16 Dekabr 2019, 13:16 “Deputat seçilmək mənim istəyimlə olan məsələ deyil” - Əliağa Hüseynov 16 Dekabr 2019, 13:10 Həştərxan vilayəti ilə mədəni əlaqələr müzakirə edilib - FOTO 16 Dekabr 2019, 13:06 Bu il vəfat edən tanınmışlar - teleaparıcı, akademik, meyxanaçı, bəstəkar, pilot… 16 Dekabr 2019, 13:02 Jurnalistlər 2019-cu ilin idman hadisələrindən DANIŞDILAR: “Millimiz azarkeşləri əsəbləşdirdi” 16 Dekabr 2019, 12:56 İcra başçısı müşavirə keçirdi 16 Dekabr 2019, 12:52 Konfutsi Institutu Azərbaycan televiziyasının efirində - FOTO   16 Dekabr 2019, 12:46 Bakıda Yeni il yolkalarının quraşdırılmasına başlanıldı 16 Dekabr 2019, 12:40 “Kəlbəcər” adlı tanker istifadəyə veriləcək 16 Dekabr 2019, 12:34 Bakıda evdən 20 min manat oğurlanıb 16 Dekabr 2019, 12:29 Ağır xəstə Novruz Salmanov yaşamaq üçün kömək istəyir 16 Dekabr 2019, 12:24 Dövlət orqanlarında vəzifə tutan deputatlar yenə namizəd olacaqlar?.. 16 Dekabr 2019, 12:18 Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza” tətbiq olunur 16 Dekabr 2019, 12:17 Yaqub Mahmudov saytları məhkəməyə VERƏCƏK 16 Dekabr 2019, 12:15 Göyçayda oğrular “iş başında” yaxalandı - FOTO 16 Dekabr 2019, 12:09 Sarkisyan istintaqda eks-nazirlə üzləşdirildi 16 Dekabr 2019, 12:03 Polis daha 57 şübhəlini SAXLADI 16 Dekabr 2019, 12:00 Azərbaycan-Gürcüstan enerji sistemləri optik kabellə əlaqələndirildi - VİDEO 16 Dekabr 2019, 11:55 Şirməmməd Hüseynovun məzarı ziyarət edildi - FOTO 16 Dekabr 2019, 11:49 Beyləqanda həbs edilən polkovniki BURAXDILAR 16 Dekabr 2019, 11:43 Nazirlikdən pensiyaçılara XƏBƏRDARLIQ   16 Dekabr 2019, 11:38 Fransada azərbaycanlıların elmi diasporu yaradıldı 16 Dekabr 2019, 11:30 Bakıda intihar edən məmurla bağlı cinayət işi AÇILDI 16 Dekabr 2019, 11:24 Beyləqan İcra Hakimiyyətindən həbs olunan polkovniklə bağlı AÇIQLAMA 16 Dekabr 2019, 11:23