Modern.az

“Bakcell”dən jurnalistlər üçün TƏLİM

“Bakcell”dən jurnalistlər üçün TƏLİM

4 Oktyabr 2019, 14:12

Ölkənin ilk mobil operatoru "Bakcell" şirkəti jurnalistlər üçün iki günlük seminar təşkil edib.

 

Modern. az xəbər verir ki, seminar "Mobil telekommunikasiya sənayesində son həllər və yeniliklər" mövzusunda keçirilib.

 

Seminarda Şirkətin Məhsulların İdarə Edilməsi Departamentinin rəhbəri Cəlil Xəlilov çıxış edib. O, telekom sahəsində "Big data”: Tətbiqlər və son tendensiyalar" barədə ətraflı məlumat verib.

Cəlil Xəlilov bildirib ki, "Big data" böyük məlumat həcmi deməkdir:

"Artıq inkişaf etmiş rəqəmsal dövrdə yaşayırıq. Hər kəsin əlində 2-3 mobil telefon var, eləcə də sabit xətt internet var. Bundan əlavə, rəqəmsal xidmətlərdən, sosial şəbəkələrdən istifadə edirik və sair. Bu, o deməkdir ki, hazırkı dövrümüz böyük məlumatlar həcmini əhatə edir. 10-20, hətta 30 il əvvələ nəzər salsaq, o vaxtı bu məlumatların həcmi dəfələrlə böyük olacaq. Heç kəs istəmir ki, əldə etdiyi məlumatlar yanlış olsun. Bu da o deməkdir ki, biz məlumatlara böyük dəyər veririk. "Biq data" - xüsusi texnologiyalar vasitəsilə sürətlə və uyğun zamanda, fasiləsiz şəkildə təhlillər və analizlər üçün ona verilən böyük həcmli məlumatlar toplusudur. Bura həm məlumatların özü, həm məlumatın emalı, həm məlumatların haradasa yerləşdirirlməsi, həm də məlumatın təhlili və məlumat üçün istifadə olunan resurslar aiddir. ABŞ-ın aksiya bazarlarında gündəlik əməliyyatların sayı 7 milyarda çatır. O cümlədən, təyyarə uçuşları həyata keçirilir. Bir uçuşda kompüterlə idarə olunan texniki məlumatların həcmi 10 terebayta yaxınlaşır. 10 terebayt 10 min geqabayt və yaxud da 100 min MB deməkdir. Sosial şəbəkələrdəki gündəlik ismarıcların sayı həddən artıq çoxdur. Çünki bütün dünya bu tipli servislərdən istifadə edir. Bu o deməkdir ki, 6, 7 və 8 rəqəmli əməliyyətların sayı hardasa emal olunmalıdır və saxlanılmalıdır. Son iki ildə dünyada yaradılmış məlumatların sayı bütün dövr ərzində olan məlumatların nisbəti 90 faizdir. Bu,çox böyük rəqəmlərdir".

 

Seminarı "Mobil şəbəkənin inkişafı" mövzusunda "Bakcell"in Şəbəkə problemlərinin araşdırılması və dəstək xidmətinin rəhbəri Oruc Sadıqov davam etdirib. O bildirib ki, "Bakcell" daha yüksək sürətli mobil internet xidmətini təqdim etməklə yanaşı, müştəri məmnuniyyətini təmin etmək, əhatə dairəsini genişləndirmək və şəbəkə keyfiyyətini artırmaq istiqamətində işləri davam etdirir:

"Müştərilərimiz ultra-sürətli LTE-A (LTE-Advanced) şəbəkəsi üzərindən 225 Mbps sürəti təcrübə edə bilərlər. Buna şəbəkəni LTE-nin təkminləşdirilmiş variantı olan "LTE-Advanced" tezlik daşıyıcılarının birləşməsi (Carrier Aggregation) texnologiyası vasitəsilə təkmilləşdirməklə nail olunub. "Bakcell" tezlik daşıyıcılarının birləşməsi texnologiyalarından istifadə edərək dünya üzrə Kateqoriya 6 "LTE-Advanced" xidmətlərini göstərən 73 şəbəkədən (ümumilikdə 422 şəbəkədən) biri olması ilə qürur duyur".

 

Oruc Sadıqov daha sonra LTE-Advancedin üstünlüklərindən də danışıb. O, şəbəkə operatorları üçün yüksək şəbəkə ötürücülüyü, aşağı gecikmə göstəricisi, qoş və işlət quruluşu, istismar xərcinin az olması, AII-IP şəbəkə, 3G şəbəkələrinin 4G-yə sadə təkmilləşdirməsi; Son istifadəçilər üçün məlumatların sürətli yüklənməsi, təkmilləşdirilmiş tətbiqlər və mobil proqramlar, xidmətçərdən daha rahat istifadəsi haqqında ətraflı məlumat verib. Şirkət rəsmisinin sözlərinə görə, "Bakcell" 4G mobil mobil şəbəkə sahəsində liderlik edir:

 

"8500-dən çox baza stansiya 99 faiz əhalini, 93 faiz coğrafi ərazini əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla). 2019-cu il ərzində 138 yeni 3G texnologiyalı baza stansiya, eyni zamanda 1024 yeni 4G texnologiyalı baza stansiya istifadəyə verilib".

 

Tədbiri daha sonra "Tədbirlər və şəbəkənin hazırlığı" mövzusunda "Bakcell" nümayəndəsi
Nahid Şükürov davam etdirib. O, mobil rabitə şəbəkəsində hazırlıq, radio rabitə şəbəkəsinin təhlili, istismar qrupları və baza stansiyalar, eləcə də mobil baza stansiyalari mövusunda ətraflı məlumat verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər