Modern.az

Bazar ertəsi “Azadlıq” stansiyasının açılış tarixi dəqiqləşəcək

Bazar ertəsi “Azadlıq” stansiyasının açılış tarixi dəqiqləşəcək

Təhsil

25 Dekabr 2009, 13:58

Bakı Metropoliteninin “Azadlıq” stansiyası sərnişinlərin istifadəsinə tam hazırdır. Hazırda stansiyada qatarların sınaq hərəkəti həyata keçirilir. Bakı Metropoliteninin mətbuat katibi Nəzakət  Tanrıverdiyeva Modern.az-a bildirib ki, yaxın günlərdə “Azadlıq” stansiyasının açılışı olacaq: “Bu yaxın 5-6 gün ərzində reallaşacaq. Ancaq dəqiq hansı gündür indidən deyə bilmərəm. Gələn həftənin birinci günü açılış günü dəqiqləşəcək”. Açılışda Prezident İlham Əliyevin iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, “Azadlıq” stansiyası “Memar Əcəmi”-“Nəsimi” xəttinin son stansiyası olacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır