Modern.az

Müəllif hüquqları pozulan 4 nəfər Əqli Mülkiyyət Agentliyinə müraciət edib

Müəllif hüquqları pozulan 4 nəfər Əqli Mülkiyyət Agentliyinə müraciət edib

7 Oktyabr 2019, 10:59

“2019-cu ilin ilk 9 ayı ərzində Əqli Mülkiyyət Agentliyinə müəllif hüquqlarının pozulması ilə bağlı 4 müraciət olub.

Bu barədə Agentlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, pozulmuş müəlliflik hüquqlarının bərpa olunmasına köməklik göstərilməsi məqsədi ilə sözügedən müraciətlərə baxılıb.

Müəlliflik hüququ pozulan əsərlər əsasən elmi, audiovizual (film), ədəbi (kitab) və musiqi sahələrini (növlərini) əhatə edir.

Qeyd edilən müraciətlərlə bağlı Agentlik tərəfindən müvafiq araşdırmalar aparılıb, təqdim edilən sənəd və materiallar təhlil edilib, müqayisə olunub. Zərurət yarandığı hallarda digər aidiyyatı qurumlara sorğular göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir