Modern.az

Müsavata qurultay üçün yer ayrıldı - Şadlıq sarayı

Müsavata qurultay üçün yer ayrıldı - Şadlıq sarayı

7 Oktyabr 2019, 14:01

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının qurultayla bağlı müraciətinə cavab verib.

Modern.az-ın məlumatına görə, partiyanın başqanı Arif Hacılının sözlərinə görə, Meriya Müsavata IX qurultayının Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Büllur” Şadlıq Sarayında keçirməyə razılıq verib.

Məktubda Müsavatın şadlıq evinin sahibi ilə razılaşma əldə ediləcəyi təqdirdə BŞİH –in buna heç bir etiraz etməyəcəyi qeyd olunub.

Müsavat Partiyasının qurultayı oktyabırn 12-də keçiriləcək. Qurultayda hazırkı başqan Arif Hacılı partiya üzvləri Yadigar Sadıqlı və Tofiq Yaqiblu ilə sədrlik uğrunda mübarizə aparacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir