Modern.az

9 ayda TANAP-la Türkiyəyə 2,7 milyard kubmetr təbii qaz daşınıb  

9 ayda TANAP-la Türkiyəyə 2,7 milyard kubmetr təbii qaz daşınıb  

8 Oktyabr 2019, 09:48

Bu ilin sentyabrın sonuna qədər Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) üzərindən Türkiyəyə 2,7 mlrd. kubmetr təbii qaz daşınıb.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.

 

S.Düzyolun sözlərinə görə, layihə proqnozlaşdırılan vaxtda tamamlanıb: "Yekun investisiya qərarı qəbul ediləndə ümumi xərclər 11,7 mlrd. dollar həcmində qiymətləndirilən layihə tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində indiyə qədər 45 faiz qənaət olunub.

 

Bu layihə ilə 6,5 milyard dollarlıq sərmayə cəlb edilib". S.Düzyol qeyd edib ki, 2019-cu il sentyabrın 30-dan etibarən TANAP üzərindən Türkiyəyə nəql olunan qaz həcminin 2,7 milyard kubmetrə çatdırılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir