Modern.az

TANAP çərçivəsində 1000-ə yaxın layihə həyata keçirilib

TANAP çərçivəsində 1000-ə yaxın layihə həyata keçirilib

8 Oktyabr 2019, 09:59

TANAP Layihəsi çərçivəsində bu günədək boru kəməri boyunca sosial və ətraf mühitin mühafizəsi məqsədi ilə 1000-ə yaxın layihə həyata keçirilib.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.

S.Düzyolun sözlərinə görə, layəhənin icrası zamanı boru kəmərinin keyfiyyətinə, ətraf mühitin mühafizəsinə, əməyin təhlükəsizliyi və sağlamlığın qorunmasına beynəlxalq standartlara əməl olunub.

O bildirib ki, layihədə cəmi 114 251 824 adam-saat iş yerinə yetirilib:

“İnşaat həyata keçirilən qazıntı işlərinin ümumi həcmi 50,908,400 kubmetr təşkil edib”.

 

Qeyd edək ki, layihənin ən intensiv mərhələsində 13 000 nəfərin çalışdığı TANAP vasitəsilə, 30 iyun 2018 tarixindən etibarən Türkiyəyə ilk kommersiya məqsədilə təbii qaz nəqli həyata keçirilib

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir