Modern.az

Xanım deputat qadına şiddətdən DANIŞDI: “Siz də susmayın”

Xanım deputat qadına şiddətdən DANIŞDI: “Siz də susmayın”

Aktual

8 Oktyabr 2019, 14:38

“Dünən Bakının Biləcəri qəsəbəsində növbəti dəfə ailə-məişət münaqişəsi zəminində qadın qətlə yetirilib. Həm də övladının gözlri qarşısında... Bir neçə ay bundan qabaq Türkiyədə də məhz belə bir hadisə olmuşdu. 12 yaşlı qızının gözünün qarşısında anası atası tərəfindən qətlə yetirilmişdi. Bu kadrları da Azərbaycanda kiçikdən böyüyə bəlkə hamı izləmişdi, hətta instaqramda həştəqlər paylaşmışdılar. #EmineBulutiçinsusma deyə...Eminə Bulutun o kadrlarda dayanmadan təkrarladığı söz vardı: Ölmə anne... Türkiyə mediası, vətəndaş cəmiyyəti, ictimai xadimlər və məşhurlar bu məsələyə ciddi reaksiya verdilər, hətta qadın qarşı şiddətə diqqət çəkmək üçün Eminə Bulut adına konsertlər verdilər, reablitasiyasını üzəri götürdülər vəs. Bəs biz? Nə etdik bu günə qədər?”

Modern.az xəbər verir ki, bu fikirləri deputat Sona Əliyeva deyib.

Xanım deputatın sözlərinə görə,  bu məsələdə susmamalıyıq:

“Niyə susuruq? Doğrudanmı qadınların ikinci sort insan kimi qəbullandığımızı Allahdan gələn vəhy kimi qəbul edirik? Həqiqətənmi, elə biz qadınların da "günah öləndədir" düşüncəsi beynimizin ən alt qatlarına çöküb? İnanmıram, bu biz deyilik, ya da olmamalıyıq...Axi bizim qadınımız həmişə baş tacı, namus qeyrət daşıyıcısı olub, qan barışdırıb, sülh,əmin amanlıq yaradıb, hörmətli, dəyərli olub. Mən çox kədərliyəm və daha susmaq istəmirəm, qadınların övladlarının gözü qarşısında öldürülməsini və bir ömür atasına nifrətlə kimsəsiz yaşamasını istəmirəm. Bu gün bu kimi hadisələrin cəmiyyətdə baş alıb getdiyini, aqresiyaların gün gündən alovlandığının üzüntüsünü yaşayıram... Siz də susmayın, qadınların təbii və qazanılmış hüquqlarının pozulmasına səssiz qalmayın, Leyla və onun timsalında qadınların insanlığa sığmayan vəhşiliklərin qurbanı olmasına yol verməyin. Cəmiyyət olaraq, vətəndaş olaraq və sadəcə insan olaraq bu kimi hadisələrə biganə qalmayın! Heç bir arqument, fakt ya da bəhanə insan ölümunə səbəb ola və ya haqq qazandıra bilməz! Sonda mediaya, vətəndaş cəmiyyətinə və ictimai-siyasi xadimlərə səslənmək istəyirəm, sadəcə vicdanınızın səsiylə bu hadisələrə diqqətsiz qalmayın!”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı