Modern.az

“Əli Əsədov sadə və səmimi ziyalıdır” - Qənirə Paşayeva

“Əli Əsədov sadə və səmimi ziyalıdır” - Qənirə Paşayeva

Aktual

8 Oktyabr 2019, 15:03

“Dəyərli ziyalı, iqtisadiyyat sahəsində yüksək səviyyəli peşəkar və alim Əli Əsədov ölkəmizin yeni Baş naziri oldu. Əli müəllimi uzun illərdir tanıyıram. Ümummilli liderimiz Heydər Əliyevin səfərlərində tez-tez iştirak edən jurnalistlərdən biri kimi bu səfərlər çərçivəsində Əli müəllimlə dəfələrlə ölkəmizlə bağlı maraqlı söhbətlərimiz olub”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycanın yeni Baş naziri Əli Əsədov haqqında fikirlərini bölüşərkən deyib.

 

O, qeyd edib ki, millət vəkili seçildiyi dövrdən bu yana vətəndaşlarımızı maraqlandıran, narahat edən bəzi məsələlərlə bağlı nə zaman müraciət etsə, Əli Əsədov diqqətlə dinləyib və həssaslıqla yanaşıb.

 

“Əli müəllim sadə və səmimi ziyalıdır. Cənab Prezidentimizin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən önəmli işlərdə Əli müəllimə Baş nazir kimi uğurlu fəaliyyət diləyir və təbrik edirik!”, - deyə Q.Paşayeva bildirib.

 

Qeyd edək ki, bu gün Novruz Məmmədov Azərbaycanın Baş naziri vəzifəsindən istefa verib və bu posta Əli Əsədov gətirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir