Modern.az

“Hərbiçilərimiz Azərbaycan səmalarında izinsiz gəzən helikopteri vura bilər”

“Hərbiçilərimiz Azərbaycan səmalarında izinsiz gəzən helikopteri vura bilər”

8 Oktyabr 2019, 16:55

Amerikalı konqresmenlər Cudi Çu və Ceki Şpeyer Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər ediblər. Onların olduğu mülki helikopter Azərbaycanın dünya birliyi tərəfindən tanınan hava sərhədlərini pozaraq, Xocali aeroportuna eniş edib.

 

 Aeroportda onları qondarma rejimin “vitse-spiker”i Vaqram Balayan və “xarici işlər nazirinin müavini” Armine Aleksanyan qarşılayıb.

Azərbaycan qanunlarını pozan Amerika konqresmenlərinin helikopterləri hərbiçilərimiz tərəfindən vurula bilərmi?

 

Hərbi ekspert Üzeyir Cəfərov Modern.az-a bunun mümkün olduğunu bildirib.

“Bəli, hərbiçilərimiz Azərbaycan səmalarında izinsiz gəzən helikopteri vura bilər, amma vurmayacaq. Çünki bizim belə bir deyimimiz var: “Məscidin qapısı açıq olanda, itin həyasına nə gəldi?! Düşünürəm ki, Amerika öz qanunlarına da hörmət etmir.Əgər öz qanunlarına hörmət etsəydilər yeritdikləri siyasətə əsasən bu qanunsuzluğa yol verməzdilər”.

 

Üzeyir Cəfərov bu qanunsuzluğa görə ABŞ-la bağlı təəssüfləndiyini vurğulayıb.

 

“Mən çox təəssüflənirəm ki, Amerika kimi 200 illik tarixi olan bir dövlət Azərbaycan qanunlarına sayğısızlıq göstərib. İstərdim ki, onlar etdikləri qanunsuzluğa son qoysunlar. Çünki hesab edirəm ki, Azərbaycan maraqları çərçivəsində Amerikaya həmişə dəstək olub.  Ona görə də Amerika senatorlarının, konqresmenlərinin separatçılara dəstək verməsi həm Amerika üçün utanverici bir haldır, həm də onlar belə məsələlərdə diqqətli olmalıdılar, Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdırlar”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir