Modern.az

Komitə sədri: ““Qobu Park-2” yaşayış kompleksində 1300 ailə məskunlaşdırılacaq”

Komitə sədri: ““Qobu Park-2” yaşayış kompleksində 1300 ailə məskunlaşdırılacaq”

10 Oktyabr 2019, 11:43

"İki gün əvvəl Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak etdi. Orada 1300 ailə məskunlaşdırılacaq". 

 

 Modern.az xəbər verir ki, bu barədə "Dövlətqaçqınkom"un sədri Rövşən Rzayev YAP-ın qərargahında keçirilən brifinqdə deyib. O qeyd edib ki, həmin mənzillərdə özəl sektor tərəfindən mətbəx mebelləri də qoyulur:

 

"Soyuducalar hədiyyə olunur. Yəni özəl sektor tərəfindən inşa edilən mənzillərdə qayda belədir. Dövlət Komitəsi tərəfindən isə tikilən mənzillərə mətbəx avadanlıqları verilir. Hazırda bu istiqamətdə püşkatma mərhələsinə başlanılıb. Mənzillər isə ailə sayına uyğun olaraq bölüşdürülür".

 

Dövlət Komitəsinin sədri 2020-ci ildə görüləcək işlərdən danışıb: "Gələn il üçün təkliflərimiz hazırlanıb. Harada nə tikiləcəksə, bu barədə müvafiq işlər görüləcək. Hələ ki, bununla bağlı ali rəhbərliyə məruzə olunacaq. Büdcəyə uyğun olaraq tikinti işlərinə başlanılacaq".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir