Modern.az

Qarabağ icmasının sədri: “Ermənistan işğalın nəticələrini leqitimləşdirməyə çalışır”

Qarabağ icmasının sədri: “Ermənistan işğalın nəticələrini leqitimləşdirməyə çalışır”

11 Oktyabr 2019, 16:17

“Ermənistan "Ədalət və sülh naminə" adlı təxribat xarakterli forum keçirməklə bir daha işğal olunmuş ərazilərdə öz qanunsuz əməlinin nəticələrini leqitimləşdirməyə cəhd edir".

Modern.az xəbər verir ki, bunu "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev deyib.


T.Gəncəliyev qeyd edib ki, hazırda Azərbaycanın işğal olunmuş ərazilərində cinayətkar ünsürlər tərəfindən yeni  təxribat xarakterli tədbir keçirilməsi üçün cəhdlər göstərilir:

"Həmin forumun adı bizim üçün gülüş doğurur. Çünki orada hansı ədalət və sülhdən söhbət gedə bilər? Etnik təmizləməyə məruz qoyduğu azərbaycanlı əhalinin iştirakı olmadan, öz torpaqlarımıza geri dönmədən belə bir forum keçirmək düzgün deyil. Yaxşı olardı ki, işğalçı rejim və onların havadarları ədalətdən yox, ədalətsizlikdən, sülhdən yox, sülhə vurduğu zərərdən danışardılar, bu daha səmimi olardı".


"Biz bir daha bəyan edirik ki, etnik təmizləməyə məruz qalmış Azərbaycan əhalisi torpaqlarına geri dönmədən, ərazilərimiz geri qaytarılmadan bu kimi təxribat xarakterli tədbirlərin keçirilməsinin heç bir hüquqi əsası yoxdur və olmayacaq", - T.Gəncəliyev əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı