Modern.az

Gənclər Fondu yeni layihə həyata keçirəcək

Gənclər Fondu yeni layihə həyata keçirəcək

Aktual

11 Oktyabr 2019, 16:59

“2020-ci ildən Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən gənclərin startap və innovativ layihələrinə kredit şəklində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.”

Bunu Modern.az-a açıqlamasında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib.

“Sahibkarlıqla bağlı Gənclər Fondu ilə bağlı hər il həm Bakı, həm də regionlarda keçirilən Grand müsabiqəsi çərçivəsində digər dövlət qurumları ilə birlikdə gənclərin inkişaf və kariyera mərkəzlərində təlimlər təşkil olunur. Eyni zamanda, sahibkarlıqla bağlı bu çərçivədə atılan əsas addım maliyyə dəstəyinin göstərilməsi olacaq. Hazırda bu istiqamətin icrası ilə bağlı müvəkkil bank və ya bank olmayan kredit təşkilatları ilə danışıqlar davam etdirilir. Qeyd edim ki, gənclərə startap layihələrinin icrası ilə bağlı maliyyə dəstəyini fond həyata keçirəcək. Hələlik sahibkarlardan bu istiqamətdə bizə müraciət daxil olmayıb”, - deyə icraçı direktor bildirib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır