Modern.az

İraqda zəvvarları aparan avtobuslar toqquşdu – 8 ölü, 30 yaralı var

İraqda zəvvarları aparan avtobuslar toqquşdu – 8 ölü, 30 yaralı var

Aktual

11 Oktyabr 2019, 17:27

 

İraqda iranlı zəvvarları aparan iki avtobus toqquşub.

 

Modern.az “Trend”-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 8 nəfər həlak olub. Daha 30 nəfər müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

 

Qeyd olunur ki, zəvvarlar Ərbəin ziyarətinə gedirmiş.

 

Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı