Modern.az

Gənclər Təşkilatları Milli Şurasına sədr olmağa iki namizəd var

Gənclər Təşkilatları Milli Şurasına sədr olmağa iki namizəd var

25 Dekabr 2009, 16:42

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) sabah Quba şəhərində özünün növbəti XI Qurultayını keçirəcək. Modern.az-ın məlumatına görə, bu barədə Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov məlumat verib.   Tədbir Quba Mədəniyyət Evinin akt zalında ARGTMŞ – a üzv olan bütün təşkilatların iştirakı ilə keçiriləcək Qurultayda şuranın illik fəaliyyəti haqqında geniş hesabat veriləcək, sədr, sədr müavinləri, büro və Nəzarət – Təftiş Komissiyası üzvlyünə seçkilər həyata keçiriləcək.  Qurultayda 2 sədr müavini, idarə heyətinin 7 üzvü, MNTK-nın isə 5üzvü seçiləcək.

Qurultayda Milli Şura adından 4 məsələ ilə bağlı mövqe açıqlanacaq. Beynəlxalq təşkilatların Qarabağ məsələsinə yanaşması, ətraf mühitin qorunması ilə bağlı Azərbaycan gənclərinin fikirləri, Sağlam həyat tərzi və gənclərin səmərəli məşğulluğu. Tədbirə 4 qətnamə qəbul olunacaq. Yeri gəlmişkən,  

Gənclər Təşkilatları Milli Şurasının sədri postuna i

ki namizəd var: Fuad Muradov və İlqar Orucov. Konfransda ARGTMŞ – a üzv olan təşkilatlardan başqa, il ərzində onunla birgə əməkdaşlıq etmiş, qurumun fəaliyyətində yaxından iştirak etmiş yerli və xarici qeyri – hökumət təşkilatları, o cümlədən hökumət qurumları, KİV nümayəndələri də iştirak edəcək. Qurulyat iki gün sürəcək.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 31 noyabr 1995- ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis edilmiş, 31 yanvar 1996 -cı ildə isə dövlət qeydiyyatına alınmışdır. Hal-hazırda  öz ətrafında 66 uşaq və gənclər təşkilatlarını birləşdirir. Milli Şuranın sədri deputat Fuad Muradovdu

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir