Modern.az

Vətəndaşı aldadıb bank hesabından pul ÇIXARDILAR

Vətəndaşı aldadıb bank hesabından pul ÇIXARDILAR

Aktual

11 Oktyabr 2019, 19:15

Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət edən Binə qəsəbə sakini E.Qənbərov oktyabrın 9-da saat 19 radələrində qəsəbə ərazisində 2 nəfərin onu aldadaraq bank hesabından 200 manatını çıxarmasını bildirib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - qəsəbə sakini T.Əliyev və Ucar rayon sakini S.Hüseynov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. 

 

Faktla bağlı araşdırma aparılır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir