Modern.az

Azərbaycanlı  hakim “Qızıl diplom”a layiq görüldü

Azərbaycanlı  hakim “Qızıl diplom”a layiq görüldü

Aktual

11 Oktyabr 2019, 21:47

Kişi və qadın idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev “Uzun müddətli fərqlənən hakimlik” fəaliyyətinə görə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təltif olunub.

Modern.az Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən xəbər verir ki, hakimə “qızıl diplom” hazırda Almaniyanın Ştutqart şəhərində keçirilən idman gimnastikası üzrə 49-cu dünya çempionatı (4-13 oktyabr) ərəfəsində təqdim olunub.

Qeyd edək ki, bu diplom 16 il (4 Olimpiya dövrü) ərzində Olimpiya Oyunları, Dünya Çempionatı, Yeniyetmələrin Olimpiya Oyunları, Ümumdünya Yaş Qrupu Yarışlarında qüsursuz fəaliyyətə görə verilir.

Qeyd edək ki, Rza Əliyev Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq, kişi idman gimnastikası üzrə ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasına malikdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi