Modern.az

16 saylı cəzaçəkmə müəssisəsində əməliyyat

16 saylı cəzaçəkmə müəssisəsində əməliyyat

Aktual

11 Oktyabr 2019, 23:44

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatı müxtəlif cinayətlərin açılması istiqamətində digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam etdirir.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, qurumun, 16 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180.2.4-ci və 180.2.1-ci maddələri ilə təqsirli bilinərək altı il altı ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qurbanov Pünhan Bəkir oğlu həbs edilməmişdən əvvəl Suraxanı rayonunda “Mədənlər” adlanan ərazidə torpağa basdıraraq gizlətdiyi lüləyi və qundağı kəsilmiş iki ədəd ov tüfəngini könüllü olaraq təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!