Modern.az

Yaponiyada aviareyslər təxirə salındı, nazir əhalini evdən çıxmamağa çağırdı

Yaponiyada aviareyslər təxirə salındı, nazir əhalini evdən çıxmamağa çağırdı

12 Oktyabr 2019, 09:43

Yaponiyada "Hagibis" qasırğası səbəbindən 1600-dən çox aviareys təxirə salınıb.

Modern.az xarici mediaya istinadla xəbər verir ki, beynəlxalq istiqamətlərdə "Japan Airlines Corporation" (JAL), "All Nippon Airways" (ANA) və "Peach Aviation" aviaşirkətləri 262 aviareysi, daxili istiqamətlərdə isə JAL və ANA aviaşirkətləridə daxil olmaqla 13 aviadaşıyıcı 1667 aviareys təxirə salıb.

Bildirilir ki, "Hagibis" qasırğası hazırda saatda 25 kilometr sürət ilə cənub-şərqdən Yaponiya tərəfə hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 65 metrə çatır.

Yaponiyanın Sənaye naziri İsşu Suqavara təşkil etdiyi mətbuat konfransında əhalini ehtiyatlı olmağa, ehtiyac yaranmayacağı təqdirdə evdən çıxmamağa çağırıb. Eyni zamanda, xəstəxanaların və su təchizatı idarələrinin rəhbərlərindən ehtiyat generatorları hazır vəziyyətdə saxlamaq tələb olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir