Modern.az

Xameneidən atom bombası AÇIQLAMASI: “İstehsal edə bilərik”

Xameneidən atom bombası AÇIQLAMASI: “İstehsal edə bilərik”

12 Oktyabr 2019, 12:05

“Biz atom bombası istehsal edə bilərik, lakin bunu etmirik. Çünki dinimizə görə kütləvi qırğın silahının istehsalı haramdır”.

 

Modern.az xəbər verir ki, bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei gənc alimlərlə görüşündə deyib.

 

O bildirib ki, İran elmi və tibbi məqsədlər üçün nüvə tədqiqatlarını davam etdirməlidir.

 

“İran bomba istehsal etmək istəməsə də, düşmənlərin təzyiqinə məruz qalır. Əslində onların dərdi İranın bomba hazırlamaq bacarığı deyil. Onlar İranın neftinə, qazına və digər sərvətlərinə sahib çıxmaq istəyirlər. Lakin İran xalqı düşmənlərin qarşısında heç vaxt baş əyməyəcək”, - deyə Xamenei bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır