Modern.az

Kürdəmir sakini həmkəndlilərini bıçaqladı

Kürdəmir sakini həmkəndlilərini bıçaqladı

13 Oktyabr 2019, 00:32

Kürdəmir rayon sakini həmkəndlilərinə bıçaq xəsarəti yetirib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə Böyük Kəngərli kəndində qeydə alınıb.

Kənd sakini Kamil Əmirxan oğlu Abışov münaqişə zəminində həmkəndliləri - 1972-ci il təvəllüdlü Quliyev Qiyas Ötərxan oğluna və 1990-cı il təvəllüdlü İbişov Hüseyn Əlihüseyn oğluna bıçaq xəsarətləri yetirib. Hər iki yaralı ətrafdakı insanların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.

Fakt araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir