Modern.az

Bakıda təkər sexi yandı

Bakıda təkər sexi yandı

Aktual

13 Oktyabr 2019, 11:09

Bakıda təkər emalı sexində yanğın olub.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 540 m² olan təkər emalı sexinin penoplastdan ibarət tavanı, içərisində əşyalar və 100 m² sahədə üyüdülmüş rezin, yaxınlıqda, ümumi sahəsi 540 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisində rezin döşəmələr, qəliblər yanıb.

 

Sexin və anbarın qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?