Arxiv
14 Oktyabr 2019, 14:08 | ÖLKƏ
Nazir saxta əlillik alanlardan danışdı: “Onların kateqoriyası müxtəlifdir”

"Əlliliyə səbəb olan xəstəliklə uzlaşmayan iş yerində işləyən şəxslər, yaxud əlilliklə uzlaşmayan təhsil müəssisələrində oxuyan vətəndaşlar aşkarlandıqda müvafiq addımlar atılır" .


Modern.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. S.Babayev qeyd edib ki, bu tədbirlər nəticəsində Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə işçi qrupu tərəfindən cari ildə 2500 - dən artıq yanlış, saxta əlillik almış vətəndaş müəyyən edilib:


"Onlarla bağlı ciddi tədbir görülüb. Dövlət büdcəsinə illik qənaəti 13 milyondan artıq nəticə əldə edilib. Bu proses daimi olacaq və çıxan hər hansı bir yanlışla bağlı tədbir görüləcək".


Hazırda Azərbaycanda 620 min əlil olduğunu diqqətə çatdıran nazir deyib ki, hər il həm xronoloji, patoloji səbəblərdən, həm də qəzalardan, hadisələrdən irəli gələrək əlillik üçün müraciət edən şəxslər olub:

"Onlarla bağlı ciddi qiymətləndirilmə aparılıb. Bildiyiniz kimi, bu gün əlilliyin təyinatı iki mərhələdə aparılır. Öncə vətəndaş Səhiyyə Nazirliyinə müraciət edir. Orada əlillik təyin edildikdən sonra müvafiq elektron forma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, eləcə də tibbi ekspertiza və reablitasiya mərkəzinə təqdim edilir. Nazirliyin ekspertləri tərəfindən qiymətləndirmə aparılarkən vətəndaşla təmas olmur. Yəni işlər sırf elektron forma üzərindən aparılır. Amma qiymətləndirilmə aparıldıqdan sonra həm yeni, həm də köhnə təyin edilmiş əlilliklə bağlı mütəmadi elektron monitorinq aparılır. Bu proses daimi olacaq və çıxan hər hansı bir yanlışla bağlı tədbir görüləcək. Saxta əlillik meydana çıxdığı təqdirdə bu vətəndaşın ödənişi də kəsilir, indiyədək və sonra alacağı vəsaitlərə dair ona qarşı tələb irəli sürülür. Onun dövlətdən aldığı digər vəsaitlər varsa oradan tutulmalar aparılır. Yoxdursa, həmin vəsaitin onun tərəfindən bərpa olunmasına dair müvafiq tələblər irəli sürülür".


Nazir qeyd edib ki, saxta əlillik dərəcəsi almaq istəyən şəxslərin kateqoriyası müxtəlifdir:

"Burada sağlamlıq imkanları məhdud olan uşaq qismində əllilik dərəcəsi almaq istəyən insanlar, orta, yuxarı yaş kateqoriyasında olan şəxslər də var. Bunlar arasında çoxluq 18 yaşına çatmayanlar saxta əlillik dərəcəsi almağa cəhd edənlərdir ki, bu da daha çox oğlanların əsgərlikdən yayınması ilə bağlıdır. Qız uşağlarında isə subyektiv səbəblər var. Orta və yuxarı yaş kateqoriyasında olanlar isə daha tez pensiyaya çıxmaq üçün bu yola əl atırlar. Çünki əlilliyi olan şəxslər üçün pensiyaya çıxma tələbləri daha asandır. Ona görə də bu kim halların qarşısını almaq üçün monitorinqlərimiz davam edir. Əsasən risk kriteriyaları üzrə baxırıq. Orta və yuxarı yaşlı şəxslərdə əlilliyi olan yüksək pensiya alanlar çərçivəsində orda olan saxtakarlıqları daha tez aşkar edirik. Ümumilikdə monitorinqlər bütün istiqamətləri əhatə edəcək və daimi elektron monitorinqə çevriləcək. Avtomatlaşmanın ən böyük önəmi də bunun üçün lazımdır. Bu baxımdan ölkə üzrə aylıq əsasda dövlətdən vəsait alan 2 milyon 800 min insanın hər birinin məlumatı elektronlaşdırılaraq vahid portala yerləşdiriləcək".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İctimai Nəzarət Şuralarının Forumu keçirilsin – Jurnalist təşkilatından TƏKLİF 21 Noyabr 2019, 17:15 Kürəkəni Sarkisyana 20 milyon dollarlıq hədiyyə edib 21 Noyabr 2019, 17:09 İlham Əliyev Daxili İşlər nazirini qəbul etdi 21 Noyabr 2019, 17:03 Macarıstanın məşhur caz ifaçısı Bakıda: “Bu, sanki odun üstünə neft tökməyə bənzəyirdi” - MÜSAHİBƏ 21 Noyabr 2019, 16:58 BDU-dan ölən və zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA 21 Noyabr 2019, 16:56 Sumqayıtda 100 binanın təmiri üçün 6 milyon manat ayrıldı 21 Noyabr 2019, 16:44 BDU-nun zəhərlənən tələbələrinin FOTOSU 21 Noyabr 2019, 16:37 “Mehriban Əliyevanın Rusiyaya səfəri diplomatiyamız üçün böyük əhəmiyyət kəsb edir” - Deputat 21 Noyabr 2019, 16:32 Əli Həsənov Ata Abdullayevi QINADI: “Azərbaycan hakimiyyəti o günə qalmayıb ki, belə səviyyəsiz...” 21 Noyabr 2019, 16:25 Bu şəxslərə prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM 21 Noyabr 2019, 16:24 Prezident Təhsil Nazirliyinə 2 milyon manat pul ayırdı 21 Noyabr 2019, 16:21 Sumqayıtda yeni “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAM 21 Noyabr 2019, 16:18 İlham Əliyev Sumqayıt şəhər stadionun təmirinə 5 milyon manat ayırdı 21 Noyabr 2019, 16:13 Prezident Zakir Fərəcovu ordenlə təltif etdi   21 Noyabr 2019, 16:09 Tələbələrin zəhərlənməsinə görə cinayət işi açıldı - Baş PROKURORLUQ 21 Noyabr 2019, 16:09 Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib 21 Noyabr 2019, 16:01 Tələbə qızlar süd məhsullarından zəhərləniblər - Yeni MƏLUMAT 21 Noyabr 2019, 15:55 Sosial şəbəkə 400 min nəfəri bloka atdı - SƏBƏB 21 Noyabr 2019, 15:46 Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - FOTOLAR 21 Noyabr 2019, 15:40 “Azərbaycanlı məşqçilərə it dəyib ki, gedib əcnəbi gətirirlər?” - Aqil Abbas 21 Noyabr 2019, 15:30 Badamdar sürüşmə zonasında GƏRGİNLİK - evlər sökülə bilər 21 Noyabr 2019, 15:19 BMU-da beynəlxalq seminar keçirilir 21 Noyabr 2019, 15:15 BDU-nun ölən və xəstəxanaya yerləşdirilən tələbələrinin adı açıqlandı - YENİLƏNİB-2 21 Noyabr 2019, 15:11 İlham Əliyev Sumqayıt bulvarında yaradılan şəraitlə tanış olub 21 Noyabr 2019, 14:58 “Rus xalqının hissiyyatına toxunan birindən nə gözləmək olar?” - XİN-dən Zatulinə CAVAB 21 Noyabr 2019, 14:50 Prezident Sumqayıtda açılışlar etdi 21 Noyabr 2019, 14:42 İlham Əliyev Sumqayıta gedib 21 Noyabr 2019, 14:23 Qarabağa səfər edən əcnəbilər ən çox hansı ölkələrdən gəlir? - STATİSTİKA 21 Noyabr 2019, 14:12 Əli Həsənov Avropadan qaytarılan azərbaycanlı mühacirlərdən DANIŞDI 21 Noyabr 2019, 14:07 Lerikdə qazlaşdırma hansı səviyyədədir? - 12 min abonentdən cəmi... 21 Noyabr 2019, 14:02 Belarus gözəli 22 yaşında deputat oldu – FOTOLAR 21 Noyabr 2019, 13:57 Cəllad Njdenin heykəlinin kölgəsi Gürcüstanda narahatlıq yaradır 21 Noyabr 2019, 13:32 Qarabağ əlilinin jurnalist xanımını işdən çıxardılar - Mətbuat Şurası araşdıracaq 21 Noyabr 2019, 13:26 Azərbaycanda uşaqlara qarşı cinayət - 266 nəfər məsuliyyətə cəlb olunub  21 Noyabr 2019, 13:15 Paşinyanın nümayəndəsi Ata Abdullayevdən DANIŞDI 21 Noyabr 2019, 13:09