Modern.az

Deputat İsmayıllıda oldu - FOTOLAR

 Deputat İsmayıllıda oldu - FOTOLAR

24 Fevral 2012, 13:29

Deputat Novruz Aslanov fevralın 23-də İsmayıllı rayon mərkəzində yerləşən ofisində seçicilərin növbəti qəbulunu keçirib. Millət vəkilinin qəbuluna gələn sakinlərin qaldırdığı məsələlər əsasən fərdi məişət problemləri, mavi yanacaq və sosial sahəni əhatə edib. Bəzi məsələlər barədə deputat müvafiq hökumət strukturlarına müraciət edəcəyini bildirib. Bir neçə məsələ yerindəcə həll edilib.

  Həmin gün Novruz Aslanovun tapşırığı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə Bizlan və Tircan kəndlərinin hər birində bir ailəyə fərdi yaşayış evlərində baş vermiş yanğınla əlaqədar müvafiq humanitar yardımlar edilib.

“Məlumat üçün bildirək ki, bu il deputat hava şəraitinin əlverişsiz olmasına baxmayaraq rayon sakinlərilə 5 görüş keçirib, bir kütləvi tədbirdə iştirak edib. Bu il də belə görüşlərin rayonun bir neçə ucqar kəndində də keçirilməsi nəzərdə tutulub. Belə səyyar görüşlərin əksəriyyəti rayon İcra Hakimiyyətinin başçısı və onun aparatının iştirakı ilə birgə keçirilir”-deyə deputatın ofisindən Modern.az-a bildirilib.               

 

 


 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir