Modern.az

Deputat: “Bu, türk birliyinin daha da güclənməsinə şərait yaradacaq”

Deputat: “Bu, türk birliyinin daha da güclənməsinə şərait yaradacaq”

16 Oktyabr 2019, 09:39

 

“Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Oktyabrın 15-də Türkdilli Dövlətlərin rəhbərləri bir araya gələrək, regionun bugünkü reallıqlarını müzakirə etmək üçün mərkəz kimi məhz Bakını seçdilər. Təməli 10 il əvvəl-2009-cu ildə Naxçıvanda keçirilən zirvə görüşündə qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü türkdilli ölkələr arasında iqtisadi əlaqələrə kiçik və orta sahiblkarlığa həsr edildi”. 

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. Deputat bildirib ki, ötən 10 il ərzində Türkdilli ölkələr arasında təhsil, elm və mədəniyyət, nəqliyyat, turizm, media və informasiya sahəsində imzalanan əməkdaşlıq sazişləri, birgə verilən bəyanatlar türkdilli dövlətlərin birliyini bir daha nümayiş etdirib. 

 

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iqtisadi sahədə atılan addımlar, verilən qərarlar da əvvəlki sazişlər kimi dünyada türk birliyinin daha da güclənməsinə şərait yaradacaq.

 

İlk dəfə olaraq Özbəkistanın da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə tamhüquqlu üzvü kimi iştirakı, Budapeştdə Türk Şurasının Nümayəndəliyinin açılması Türk Şurasının Türk Dünyasının bir araya gəlməsində atılan addımların davamı oldu. 

 

Türkdilli dövlətlərin ortaq mövqeyi dostluq, qardaşlıq əlaqələri həm ikitərəfli formatda, həm çoxtərəfli müstəvidə daha da güclənməsi quruma üzv ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə hər zaman yeni töhfələr verib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı