Modern.az

Daha bir MDB ölkəsi “erməni soyqırımı”nı tanıya bilər

Daha bir MDB ölkəsi “erməni soyqırımı”nı tanıya bilər

16 Oktyabr 2019, 10:51

Moldovanın Xarici Siyasət və Avropaya İnteqrasiya Komissiyası bir neçə ölkəyə səfir təyin olunmasını müzakirə edib.

 

Modern.az xəbər verir ki, Moldova parlamentin erməni deputatı Hayk Vartanyan Türkiyəyə səfir kimi təsdiqlənəcək Dmitri Kroytora “erməni soyqırımı”nı tanıyıb-tanımaması ilə bağlı suallar verib.

“Avropa Birliyi, həmçinin, Rusiya Federasiyası bu tarixi faktı tanıyıb. Yaxın vaxtlarda Moldova parlamenti də bu barədə müzakirələr aparacaq. Sizin bu fakta münasibətiniz necə olacaq?”.

 

Diplomat isə cavabında qərarın qüvvəyə minməsindən sonra rəsmi mövqe bildirəcəyini açıqlayıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər