Modern.az

Birliyə səsləyən beynəlxalq tədbir

Birliyə səsləyən beynəlxalq tədbir

16 Oktyabr 2019, 11:05

2019-cu il oktyabrın 10-12-də Türkiyədəki Kayseri ilinin (vilayət) Develi ilçəsində “II Ulus­­­lar­ara­sı Develi-Aşık Seyrani ve Türk Kültürü Kongresi” keçirilib. Bu il konfransın ev sa­hibi Develi Bələdiyyəsi olsa da, AMEA Folklor İnstitutu da təşkilatçılar arasında idi. Tür­ki­yə­dən, Azərbaycandan, Qazaxıstandan, Özbəkistandan, Əfqanıstandan, KKTC-dən, Belçika və Yu­na­nıstandan gəlmiş134 nəfər elm və 40 nəfər sənət adamının iştirak etdiyi toplantının açılışı Develi Bə­lədiyyəsinin “Develi Mustafa Aksu Kültür Mərkəzi”ndə olmuşdur.  Tədbirin iştirakçısı AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Ləman Süleymanova müxbirimizlə görüşündə deyib:

 

Toplantını təşkilat komitəsinin sədri Rəcəb Özkan açmış, Develi Bələdiyyə başkanı Meh­met Cabbar, Develi kaymakanı Murad Duru, Kayseri Universitetinin rektoru Prof. Dr. Kurtuluş Ka­ramustafa, Erciyes Universitetinin rektoru Prof.Dr. Mustafa Çalış, Kayseri böyükşəhər bə­lə­diy­yə başkanı Memduh Böyükkılıç, Ankara Hacı Bayram Veli Universitetinin rektoru, Milliyətçi Hə­rəkət Partiyasında (MHP) millətvəkili, Prof.Dr. Ruhi Ersoy çıxış ediblər.

 

Konfransın açılışında Səlcuqlar dövrünün geyimləri nümayişi etdirilmiş, yerli mu­si­qi­çi­lə­rin “Türk mədəniyyətində türkü və Kayseri-Develi türküləri” kompozisiyası (Onu da qeyd edək  ki, bu kompozisiyanın solisti və bağlama ifaçısı Azərbaycan əsilli müğənni Halit Aydın idi.), Özbəkistan Res­pub­likasının  Buxara şəhərindən gəlmiş müsiqişilərin ifasında xalq rəqsləri və mahnılar,  AMEA Folk­lor İnstitutunun əməkdaşı Fəridə Mirişovanın  oxuduğu vətənpərvərlik mahnıları maraqla qar­şılanmışdır. Nahardan sonra Hacettepe Universitetindən prof. Dr. Mehmet Özün sədrliyi ilə ke­çən “Türk mədəniyyəti” adlı birinci paneldə Erciyes Universitetindən prof. Dr. Mustafa Ünal, An­kara Universitetindən Prof. Dr. Saadettin Gömeç, Erciyes Universitetindən Prof. Dr. Harun Ül­gerin çıxışları dinlənilmişdir. Günortadan sonra konfrans öz işinə səkkiz bölmədə davam edib.

 

Növbəti gün Kazım Qarabəkirin qızı Timsal Qarabəkir Yıldıranın “Sabahı unutma,  gə­lə­cə­yə haqqın olsun” mövzusunda çıxışı dinlənilib. Sonra konfrans öz işinə bölmələrdə davam edib.

 

Azərbaycan getmiş 30-dək elm adamının üçü – AMEA Folklor İnstitutunun əməkdaşları fil.ü.f.d., dos. Ləman Süleymanova, fil.ü.f.d. Aynurə Səfərova, fil.ü.f.d., dos. Sönməz Abbaslı çı­xış­çılar arasında olmaqla bərabər, həm də  oturum başqanlığı ediblər.

 

Fil.ü.f.d., dos. İlhamə Qəsəbovanın “Aşık Geleneğinin Günümüze Taşınması Yollarında Us­ta-Çırak İlişkisi”, fil.ü.f.d. Bənövşə Rzayevanın “Ululu Kerimʹin Yaratıcılığında Dini Mo­tif­ler”, fil.ü.f.d., dos. Aynur İbrahimovanın “Koroğlu – Azerbaycan Halk Kahramanlık Destanı”, fil.ü.f.d., dos. Aynurə Səfərovanın “Aşık Seyrani Şiirlerinde Aşk Kavramı”, fil.ü.f.d., dos. Sön­məz Abbaslının “Karabağ Aşık Mühiti İlk Merhalede”, Sevda Qasımovanın “Bekir Çobanzade Türk Halkları Folklorunun Kökeni Hakkında”, fil.e.d.Ağaverdi Xəlilin “Aşık Şiirinde Manevi De­ğer Konseptleri”, fil.ü.f.d., dos. Elçin Abbasovun “Azerbaycan Halk Destanlarında Kadın Âşık Tipi”, fil.ü.f.d.Gülsümxanım Hasilovanın “Bahtiyar Bahabzade Yaratıcılığında Tören Folk­lo­ru”, fil.ü.f.d.Gülnar Osmanovanın “Eski Türk İnançlarında Sakral Kültler Ve Ongun Ka­rak­ter­le­ri”, fil.ü.f.d., dos.Fidan Qasımovanın “Türk ve Kazak Kültüründe Konsolide Kurallar”, fil.ü.f.d., dos. Ləman Süleymanovanın “Tamburçu Rahmanov Efgan Zeybeddin Oğlunun Edebi Şah­siyeti”, Mehseti Süleymanovanın “Gahac (Qaxac) ve Bağırsak Dolmasından Yapılan Ye­mek­ler” adlı çıxışları maraqla qarşılanıb. 

 

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun göndərdiyi hədiyyələr nümayəndə heyəti adından Dəvəli Bələdiyyə başkanı Mehmet Cabbara verilib.

 

AMEA Folklor İnstitutunun əməkdaşı, “Şirvan Âşık Sa­na­tı­nın Hanendelik Sanatıyla Kar­şı­lıklı Etkileşimi” mövzusunda məruzə edən Fəridə Mirişovanın açılış və qapanış toplantısında oxu­duğu mahnılar, xüsusilə “Çırpınırdı Qaradəniz” mah­­nısı və Azərbaycanın üç rəngli bayrağını xa­tırladan geyimi iştirakçılar tərəfindən ayaqüstə alqışlandı.

Konfransın gedişi zamanı iştirakçılar 4 sərgi ilə də tanış olmaq imkanı qazandılar. Bunlar  Emrah Kaya: Unutulmuş Türk Çalğıları Sergisi, Mustafa Koç: Ressam Gözünden Develi Sergisi, Develi El Sanatları Sergisi ve Türksoy Türk Dünyası Resim Sergisi idi.  

Konfransın son günü iştirakçılar “Develi Tanıtım Gezisi” proqramına qatıl­dı­lar. Gəzinti za­ma­nı Develinin qədim evləri, cami və türbələri, Keyşin Havuzu, Sul­tan sazlığı milli parkı, Bö­yük­leğen Göleti, Çanakkale parkını gəzən konfrans iş­ti­rakçıları məmnunluqlarını dilə gətirdilər.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir