Arxiv
16 Oktyabr 2019, 18:56 | AKTUAL
184 binanın istismarına icazə verildi – Dövlət Komitəsi 31 min mənzil sahibini SEVİNDİRDİ

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 31351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına sadələşdirilmiş prosedur üzrə icazə verib.

 

Komitədən Modern.az-a verilən məlumata görə, Prezidentin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19.02.2019-cu il tarixli 529 nömrəli Fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilmiş tapşırıqların icrası sürətlə davam etdirilir.

 

Fərmana əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərində yerləşən çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismara hazırlığı barədə Fövqəladə Halar Nazirliyinin təqdim etdiyi rəylər əsasında 7 gün ərzində həmin binaların istismarına icazə verməlidir.

 

Fərman imzalandığı tarixdən bugünədək Fövqəladə Hallar Nazirliyinin Bakı şəhərində 184 ünvanda yerləşən çoxmənzilli yaşayış binası kompleksləri üzrə təqdim olunmuş rəyləri əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin binaların hər birinin istismarına icazə verilmişdir. Komitə tərəfindən verilmiş 184 icazə ümumilikdə 553 girişli çoxmənzilli binaları və cəmi 31351 mənzili əhatə edir.

 

Binaların istismara hazırlığı barədə rəy daxil olduqdan sonra istismara icazənin Fərmanla 7 gün ərzində verilməsi tapşırılsa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq icazələrin daha qısa müddət ərzində – əsasən 3-5 gün ərzində verilməsi təmin edilir. Binaların istismarına icazə verildikdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq göstəricilər Tikintilərin Dövlət Reyestrinə daxil edilir, habelə Əmlak Məsələləri Dövlət Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə və Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yazılı məlumat göndərilir.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bugünədək verdiyi 184 istismara icazə 31351 mənzilin sahiblərinin mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunması üçün əsasdır.

 

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 19.02.2019-cu il tarixli 529 nömrəli sözügedən Fərmanının icrası çərçivəsində istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) siyahısı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifəsində yaradılmış xüsusi bölmədə yerləşdirilib və daim yenilənir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bir şəklin tarixçəsi: İsa Qəmbərlə Məzahir Pənahovun “Seçki DUELİ” 21 Noyabr 2019, 08:37 Azərbaycanda ipoteka kreditləri: Kənarda qalanlar, güzəşt olunanlar... 21 Noyabr 2019, 08:29 Fərid Şəfiyev: Dağlıq Qarabağ ermənilərin son arzusu deyil 21 Noyabr 2019, 08:25 Yeni Azərbaycan Partiyası 27 yaşına çatdı 21 Noyabr 2019, 08:18 Manatın bugünkü MƏZƏNNƏSİ 21 Noyabr 2019, 08:16 Sürücülər üçün dünyanın ən arzuolunmaz şəhəri 21 Noyabr 2019, 00:48 "WhatsApp"da boşluq aradan qaldırıldı 21 Noyabr 2019, 00:30 Soçidə 6 hektar meşə yanıb kül oldu 21 Noyabr 2019, 00:13 Samuxda qaz sızmasından partlayış  20 Noyabr 2019, 23:53 Azərbaycan nefti ucuzlaşıb 20 Noyabr 2019, 23:37 Bakıda "Qoşa çinar" restoranı yandı 20 Noyabr 2019, 23:19 Naxçıvanda qanunsuz yaşayan 36 əcnəbi aşkarlanıb 20 Noyabr 2019, 22:59 Azərbaycana gələnlərin sayı artdı - SƏBƏB 20 Noyabr 2019, 22:43 Bu ölkənin Azərbaycana 7 milyon dollar borcu var 20 Noyabr 2019, 22:24 İrandan ABŞ-a etiraz notası 20 Noyabr 2019, 22:11 "Kürdlərin geri çəkilməsi prosesi başa çatıb" - Lavrov 20 Noyabr 2019, 21:58 Kürdəmirdə ağr qəza: Ölən və yaralanan var 20 Noyabr 2019, 21:42 Bərdədən Bakıya ziyarətgaha gələn ruhi xəstə qadın itkin düşdü 20 Noyabr 2019, 21:31 QDİƏT-in iclasında erməni təxribatının qarşısı alındı 20 Noyabr 2019, 21:14 Qarakənd üzərində vertalyotu kim vurdu? - Hadisə yerinə ilk çatan jurnalist DANIŞDI 20 Noyabr 2019, 21:07 AFFA-ya sərt tənqid: Futbolu 23 il əvvələ qaytardınız - VİDEO 20 Noyabr 2019, 20:49 "Rusiya ilə Azərbaycan qarşılıqlı əlaqələrini genişləndirir" - Valentina Matviyenko 20 Noyabr 2019, 20:29 QHT Şurası 18 dövlət orqanı ilə birgə müsabiqə elan etdi 20 Noyabr 2019, 20:16 Gəncədə daha bir qadın itkin düşdü 20 Noyabr 2019, 20:01 Dünyanın ən yaxşı pasportları açıqlandı - Azərbaycan 100-lüyə düşmədi 20 Noyabr 2019, 19:59 İrəvanda etiraz aksiyası keçirilir 20 Noyabr 2019, 19:56 “Ölkəyə gətirilən ərzaq məhsullarının tərkibi əsil xəstəlik mənbəyidir” - Deputat həyəcan təbili çaldı 20 Noyabr 2019, 19:41 Hindistan səfiri Aslan Aslanovla görüşüb 20 Noyabr 2019, 19:30 Rəsulzadə və Nuru Paşanın birgə rəsmi olan avro çap olundu - FOTO 20 Noyabr 2019, 19:16 Van Damm heykəlinə görə Azərbaycana təşəkkür etdi - FOTO 20 Noyabr 2019, 18:49 Prezident tanınmış jurnalistə fəxri ad verdi 20 Noyabr 2019, 18:30 Mehriban Əliyeva Rusiyaya səfər edib 20 Noyabr 2019, 18:25 Xaricdəki daha 1385 azərbaycanlı geri qaytarılacaq 20 Noyabr 2019, 18:00 Prezident sumqayıtlıları təltif etdi - TAM SİYAHI 20 Noyabr 2019, 18:00 Tahsil Nazirliyi valideynlərin payız tətili ilə bağlı iradına CAVAB VERDİ 20 Noyabr 2019, 17:54