Modern.az

Dövlət Məşğulluq Xidməti 61 791 nəfəri işlə təmin edib

Dövlət Məşğulluq Xidməti 61 791 nəfəri işlə təmin edib

Aktual

17 Oktyabr 2019, 12:36

Bu ilin yanvar-sentyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən  61 791 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub.

 

Bu barədə Modern.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, işlə təmin olunanlardan 21 978-i qadınlardır:

 

“Həssas qrupdan olan şəxslərin və gənclərin əmək bazarına çıxşının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib. Belə ki, işlə təmin edilənlərdən 14 989-u gənclər, 3676-sı məcburi köçkünlər, 1805-i isə əlilliyi olan şəxslər olub”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir