Modern.az

Politoloq: “Ərdoğan sonradan fikirlərinə düzəliş etdi”  

Politoloq: “Ərdoğan sonradan fikirlərinə düzəliş etdi”  

17 Oktyabr 2019, 12:51

"Ərdoğan bildirib ki, ABŞ-ın Dövlət katibini və Vitse-prezidentini qəbul etməyəcək, o, sadəcə Donald Trampı qəbul edə bilər".

 Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

"Jurnalisitin Ərdoğana verdiyi yanlış suala əsasən, onun cavabı bu cür səslənə bilərdi. Lakin Ərdoğan sonradan fikirlərinə düzəliş etdi. Bu gün artıq ABŞ-ın dövlət katibi və vitse-prezident Ankaradadır".


Elxan Şahinoğlu qeyd edib ki, ABŞ-da Donald Trampın komandasına güclü təzyiqlər var.


"Məhz buna görə də ABŞ Dövlət katibini, vitse-prezidentini Türkiyəyə göndərməklə guya Türkiyəyə təzyiq göstərir. Lakin bu gün artıq əməliyyatın 9-cu günüdür. Mən düşünürəm ki, Türkiyə istədiyi mövqeyə çatacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir