Modern.az

Dövlət Neft Şirkəti iki yeni gəmi alıb

Dövlət Neft Şirkəti iki yeni gəmi alıb

25 Dekabr 2009, 19:08

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) sifariş etdiyi “Araz” və “Xudafərin” gəmiləri Bakıya gətirilib. Bu gəmiləri ARDNŞ-in balansında olan uyğun gəmilərdən fərqləndirən əsas cəhət, onların sərnişinlərlə bərabər, 70 tonadək yükdaşıma qabiliyyətinə malik olmasıdır. Əvvəllər hətta kiçik yüklərin daşınması üçün böyük təchizat gəmilərindən istifadə olunduğu halda, hazırda bu gəmilər növbə dəyişən dəniz neftçilərinə xidmət göstərməklə bərabər kiçik həcmli yüklərin daşınmasını da həyata keçirəcək.

Modern.az xəbər verir ki, dekabrın 25-də ARDNŞ prezidenti Rövnəq Abdullayev yeni gəmilərlə tanış olub. Gəmilər haqda rəhbərliyə bildirilib ki, layihə üzrə bu qəbildən olan 3-cü gəmi - hazırda tikintisi davam etdirilən “Batabat” gəmisi Bakıya 2010-cu ildə gətiriləcək. ARDNŞ – KMS Alyansının yeni gəmi tikintisi üzrə böyük planları var. Bunun üçün külli miqdarda sərmayə qoyuluşu tələb olunduğundan, həmin planların Azərbaycanda tikiləcək gəmi tikintisi zavodunda həyata keçirilməsi nəzərdə tutulur. ARDNŞ prezidenti gəmilərlə tanışlıqdan razı qalıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir