Modern.az

Azercell Facebook səhifəsi ilk yerdə!

Azercell Facebook səhifəsi ilk yerdə!

24 Fevral 2012, 19:11


Sosial medianın günü-gündən populyarlaşdığı bir dövrdə dünyanın ən iri şirkətləri bu saytlar üzərindən xidmətlərini təklif etməyə üstünlük verir. Azərbaycanın lider mobil operatoru Azercell də öz abonentlərinin sosial mediada aktivliyini dəstəkləyir və onlara  müxtəlif onlayn xidmətlər təklif edir.

Azərbaycanda ən populyar sosial şəbəkə olan facebook-da Azercellin rəsmi səhifəsi bir neçə ildir fəaliyyət göstərir. Burada Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq mümkündür.

Amma Facebook səhifəsi fanlarının ən çox marağına səbəb olan aksiyalar burada keçirilən müsabiqələrdir. Qaliblərə bahalı hədiyyələr qazandıran bu cür aksiyalar iştirakçılar tərəfindən həyəcanla izlənir. Elə bu yaxınlarda Azercellin facebook səhifəsində fanlar üçün yeni ”Azercell Hədiyyələr” oyunu keçirilib. Çox asan və cəlbedici  şərtləri olan bu oyun qaliblərə  4 hədiyyə - iPAD-2, -iPhone 4S, HTC və Blackberry telefonlarını qazandırmış oldu.

Bu gün Azercell Müştəri  Xidmətləri ofisində keçirilən mərasimdə həmin oyunun qaliblərinə, həmçinin facebook səhifəsinin 100.000-ci fanına netbuk hədiyyə olundu. Elə bundan əvvəl də aktivliyi ilə fərqlənən, müxtəlif təşəbbüslərlə çıxış edən fanlar Azercell tərəfindən dəyərləndiriliblər. Məsələn, facebook səhifəsini bəyənən 50.000-ci abonentə Blackberry telefonu hədiyyə olunub. Gənclər günü keçirilən müsabiqənin qalibi seçilən 5 gənc isə üzərində data nömrəsi və balansında 40 AZN olan 3G max modemi qazanmış olub. Beynəlxalq SMS günündə Azercellilər üçün daha maraqlı priz - 100 SMS oynanılıb.

Qalibləri təbrik edən Azercell şirkətinin nümayəndələri Azercell-in sosial mediaya xüsusi önəm verdiyini qeyd etmiş və bildirmişdir ki, hazırda Azercell-in facebook səhifəsi fanların sayına görə Azərbaycandakı şirkətlər arasında 1-ci yerdədir. Lakin Azercell sosial şəbəkələrdə fəlaiyyətini yalnız facebook-la məhdudlaşdırmır. Abunəçilər öz operatorlarının səhifələrini digər populyar sosial şəbəkələr olan - twitter, youtube, google+, disput.az və digərlərində görə bilərlər.

Facebook səhifəsində həm də şirkətin keçirdiyi müxtəlif mədəni layihələrə biletlər qazanmağın mümkünlüyünü bildirilmişdir. Burada Azercellin sponsorluğu ilə keçirilən Savonlinna Musiqi Akademiyasının professorlarının klassik musiqi konsertinə, Avropa Film Festivalında nümayiş etdirilən filmlərə bilet paylanılıb. “Anadolu atəşi”nin həvəskarları da facebook səhifəsini izləsələr, buradan qrupun konsertinə bilet qazana biləcəklər.

Facebook səhifəsi Azercell abonentlərinə sürprizlərlə yanaşı, həm də vaxta qənaət etməyə, çox rahatlıqla xidmətlərdən yararlanmağa imkan verir. Belə ki, regionda ilk dəfə olaraq məhz Azercell öz facebook səhifəsində Sosial Müştəri Xidmətlərini istifadəyə verib. Bu xidmət vasitəsilə abonentlər onları maraqlanan suallara cavab tapır, problemlərini həll edir, müəyyən əməliyyatları reallaşdırırlar.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər