Modern.az

Türk olmaq nə deməkdir?

Türk olmaq nə deməkdir?

25 Fevral 2012, 18:29

«Oğuz» Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri

Türk olmaq, babalarının qarşısındakı borcu ödəməkdir. Torpaqlarına sahib çıxmaqla, düşmənlərinə qan qusdurmaqla! Əsrlər bundan öncə o böyük şan və möhtəşəmliyə sahib çıxmaqdı türk olmaq!

Türk olmaq dilinin Avropada, İranda qadağan edilməsidi! Amma yenə bir türk olaraq buna qarşı duruş gətirə bilmək, mücadilə verməkdi!
Türk olmaq, Avropada xor görülməkdi! Atalarımız əsrlər öncə Vyananı mühasirə etdikləri üçün, Avropanın mərkəzinə qədər at sürüb, qılıncları ilə tarix yaratdıqları üçün! Napaleon kimi Vyananı yandırmadıqları üçün!!!
Türk olmaq saysız şəhid məzarlığının sahibi olmaqdı, həm də Malta da Roma Papasının nifrətlə üstünə basıb keçdiyi Türk bayrağına malik olmaqdı!
Türk olmaq xaincə, arxadan hey zərbə almaqdı, xəyanətə uğramaqdı, tərk edilməkdi. Amma əsla tərk etməmək, dik durmaq və əsla diz çökməməkdi!
Türk olmaq soyqırıma uğramaqdı! Hətta bunu kor dünya qəbul etməsə belə! Hətta türkün özünü soyqırım törətməkdə ittiham etsə belə!
Türk olmaq zordur, çətindi, əziyyətlidi...

Üç qitədən dönüb, sonra da torpaqlarının bölünməsini sinəyə çəkməkdi! SAYSIZ DÖVLƏTLƏR QURMAQ TÜRK OLMAQDIR, EYNİ ZAMANDA SAYSIZ DÖVLƏTLƏR YIXMAQ DA TÜRK OLMAQDIR!
Arabaya qoşulan ilk atın vətənində, ilk yazılı müqavilənin imzalandığı yurdda, yazının tapıldığı, pulun icad edildiyi, hər qarışından bərəkət fışqıran bu müqəddəs torpaqlarda əcnəbilərin tamahına sinə gərməkdi, öz kimliyini saxlamağa çalışmaqdı!
Türk olmaq Şumerdən, Troyadan bu yana sərpilərək gələn, tarixdən qədim bu torpaqlarda bütün zamanlardan damcılayan yüksək dəyərlərə malik ikən... bir həftəlik yaddaş ilə yaşamaqdı!
Qərbi Romanı, Şərqi Romanı yıxıb, qarşısında diz çökdürüb, indi yeni Roma olan Avropa Birliyinə girmək üçün canfəşanlıq etməkdir Türk olmaq!

Türk olmaq düşmən qabağında mətin durmaqdır! Yaralı, xəstə düşmənə ilk yardım göstərməkdir!
Düşmənin dalınca rəhmət oxuyub, qanlından halallıq almaqdı Türk olmaq! Səhərləri otağına rəhmət dolsun deyə pəncərəni açmaqdı. Yağışa rəhmət, qara bərəkət deyə baxmaq, başına nə gəlirsə gəlsin səbr göstərərək “buna da min şükür” deməkdi!
Türk olmaq övladını əsgərliyə şənlik ilə yola salmaqdı, bəlkə də qayıtmayacağını bilərək. Türk olmaq ananın əsgər oğlunun ardından “bir oğlum olsun onu da göndərərəm” deməsidi. Atanın gözyaşlarını tutaraq, tabutuna son dəfə toxunarkən “VƏTƏN SAĞ OLSUN!” deməsidi!

Ən gözəl eşq şeirlərini ürəyində hiss etməkdi türk olmaq! İnsanın ruhunu inim-inim inildədən türkülər qoşmaqdı! Türk olmaq Nizamini, Yunusu bilməkdi, Füzulini duymaqdı, Nəsimini yaşamaqdı, Qaracaoğlanı, Pis Sultan Abdalı sevməkdi, Mövlanəni, Hacı Bektaşı Vəlini, Hoca Yasəvi ilə bir bütün olmaqdı – hətta onları oxumasa belə!
Türk olmaq saz çalındığında, ney üfləndiyində ürəyinin dərinliyində bir sızıltı sezməkdi!
Həyatın sənə verdiklərinə “nəsib”, vermədiklərinə “qismət” deməkdi! Hər işin “xeyirlisinə” inanmaqdı!
Türk olmaq Asiyada qərbli, Avropada şərqli deyə xor görülməkdi. İrq sözünü bilmədən yaşamaq, yaradılanları YARADANDAN ötürü sevməkdi!
Türk olmaq ən zəif günündə belə dünyaya meydan oxumaq, ən dərdli günündə belə hər üfunətin bir şəfəqdə bitəcəyini bilərək təvəkkül göstərməkdir!

Çətin işdi türk olmaq! TÜRK OLMAQ - MƏDƏNİYYƏTLƏR MƏZARLIĞI BU TORPAQLARDA 4500 ildir ki, DİK DURA BİLMƏKDİR, ƏN SONA - AXIRA QƏDƏR, AXİRƏTƏ QƏDƏR!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər