Modern.az

“YAP digər partiyanın hakimiyyətə gəlmək iddiasına qarşı deyil

“YAP digər partiyanın hakimiyyətə gəlmək iddiasına qarşı deyil”

21 Oktyabr 2019, 13:12

 

"Azərbaycanda qanunsuz aksiyanın keçirilməsi prezident İlham Əliyevin "Valday" konfransında bəynatından, Aşqabadda Azərbaycan xalqının mövqeyini düzgün əks etdirən fikirlər səsləndirməsindən və 9 ayın yekunlarına həsr olunan müşavirədən bir neçə gün sonraya təsadüf edir".

Modern.az xəbər verir ki, bu sözləri baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov bu gün YAP-ın qərargahında keçirilən tədbirdə söyləyib. O qeyd edib ki, bütün bunları təsadüf saymaq düzgün olmaz:

"Görünür ki, ölkə daxilindəki destruktiv qüvvələr, ən başlıcası xaricdən müxatəlif üsullarla ölkəmizə təsir göstərmək istəyən maraqlı dairələr Azərbaycanın daxilindəki bəzi qruplardan Azərbaycana qarşı çirkin niyyətlərini həyata keçirmək üçün istifadə etmək niyyətinə düşüblər. İki ay əvvəl Azərbaycanda siyasi partiyalar vasitəsilə ölkəmizə xarici müdaxilənin olması barədə həyəcan təbili çaldıq. Cəmiyyət tərfindən buna müvafiq reaksiya verildi. Bir neçə siyasi partiya, vətəndaş cəmiyyəti qurumları toplantı keçirdi, bəyanat qəbul edildi. Bu hadisələrin ortaya qoyduğu reallıq ondan ibarətdir ki, bəzi siyasi təşkilatların vasitəsilə Azərbaycandan kənarda olan maraqlı dairələr ölkəmizə çirkin niyyətləri ilə əlaqədar təsirlərini göstərmək niyyətinə düşüblər. Azərbaycanda bütün azadlıqların təmin olunduğu kimi, sərbəst toplaşmaq azadlığının təmin olunmasına, aksiya keçirilməsi üçün yerin ayrılmasına baxmayaraq, radikal müxalifət mitinqi icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb, cəhd göstəriblər. Görünür ki, onlara verilən tapşırığa uyğun olaraq, əsassız qarşıdurma yaratmaq, ölkədə aparılan islahatlara kölgə salmaq, bütövlükdə dövlət və hökumət qüvvələri ilə toqquşma yaratmaqla ölkədə sabitliyi pozmağa cəhd edirlər. Hər hansı siyasi təşkilat öz bəyanatlarını səsləndirmək istəyirsə, bunun üçün kifayət qədər imkanlar mövcuddur. Bundan isə geninə boluna istifadə edirlər. Mitinqin keçirilməsi üçün yer ayrılmasına rəğmən onlar mitinqi razılaşdırılmamış yerdə, icazəsiz keçirməyə çalışdılar. Bu qüvvələr hökumətin və dövlətin təhlükəsizliyini təmin edən, öz vəzifəsinin yerinə yetirən hüquq-mühafizə orqanları ilə toqquşma yaratmaqla qarşıdurma ab-havası formalaşdırmağa cəhd ediblər".

Ə. Əhmədov vurğulayıb ki, onların kimlərsə tərəfindən idarə olunduğu aydın hiss edilir:

"Onlara təlimatları verənlər də, bunun yerinə yetirilməsi barədə hesabatları tələb edənlər də tamamilə məlumdur. Mətbuatdan bu barədə geniş informaisya çatdırılıb. Bu bir daha təsdiq edir ki, məqsədli şəkildə Azərbaycan kənardan idarə olunan destruktiv qruplar ölkədə sabitliyi və əmin-amanlığı pozmağa cəhd edirlər. İstənilən halda dünyanın hər yerində insanların rahatlığının pozulmaması, asayişin qorunması və mitinq keçirənlərin özlərinin təhlükəsizliyinin təmin olunması üçün aksiyalara ayrıca yer ayrılır. Nəzərə almaq lazımdır ki, mitinqi təşkil edənlərin təhlükəsizlyinin təmin olunması da hüquq-mühafizə orqanlarının öhdəliyidir. Amma onlar insanların gur yerini seçməklə ictimai dəstəyin çox olduğunu göstərməyə çalışdılar. Halbuki, bu, siyasi etika baxımından düzgün deyil. Bizi narahat edən isə budur ki, belə bir mitinqi mərkəzdə keçirməklə onlar çirkin niyyətlərini həyata keçirmək üçün daha münbit şərait təmin etməyə çalışırlar. Təbii ki, əhalinin gur olduğu yerlərdə asayişin pozulması ehtimalı da, insanların ictimai narazılığın yaradılması ehtimalı da mümkündür. Beləliklə, mitinqin təşkil olunması cəhdi bir daha göstərir ki, Azərbaycanda daixli sabitliyi pozmağa cəhd edən qüvvələr, partiyalar var. Bu Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Şura deyilən təşkilatdır".

Ə. Əhmədov onu da əlavə edib ki, Yeni Azərbaycan Partiyası hər hansı digər partiyanın hakimiyyətə gəlmək iddiasına qarşı deyil:

"Bu Azərbaycan cəmiyyəti və dövləti tərəfindən qəbul olunmuş, bütün partiyalara şamil olunan hüquqdur. Amma nəyin bahasına olursa olsun, hakimiyyətə gəlmək istəyi dünyanın heç bir yerində məqbul sayılmır. Dünyanın heç bir yerində hakimiyyətə nəyin bahasına olursa olsun gəlmək istəyənlərə meydan verilmir. Nəyin bahasına olursa olsun hakimiyyətə gəlmək ölkəni xaosa anarxiyaya sürükləyir. Bunun nəticəsi isə başqa ölkələrdə baş verən hadisələrdir. Elə Azərbaycanın özündə də 30 il əvvəl xaos və anarxiya yaradılmışdı. Görünür ki, sifarişçilər də, icraçılar da dəyişməyib. Həmin icraçılar 90-cı illərin əvvəllərində Azərbaycanda xaos və anarxiya yaratmışdılar. Onlar hakimiyyətə bir dəfə gəliblər, istəklərinə nail olublar. Bunun nəticəsində Azərbaycan vətəndaşları böyük əziyyətlər çəkdilər. Azərbaycanın torpaqları işğal olundu, ölkənin müstəqilliyinin əldən çıxması ehtimalı yarandı. İndi həmin şəxslər yenidən ölkədə bu cür ab-hava yaratmağa cəhd edirlər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir