Modern.az

Bakıda 360 manata bal aldılar

Bakıda 360 manata bal aldılar

21 Oktyabr 2019, 15:34

Bal yarmarkasında gələn alıcıların məmnunluğunu öyrənmək üçün 2475 respondent arasında sorğu keçirilib.

 

Modern.az xəbər verir ki, Aqrar Tədarük və Təchizat ASC-nin Data analitik mərkəzinin bölmə rəhbəri Fidan Cabbarlı bildirib ki, sorğuda iştirak edənlərin 28 faizi yarmarkada ilk dəfə iştirak edib.

 

Onun sözlərinə görə, respondentlərin 1700-dən çoxu xəbərlərdən məlumat alaraq yarmarkaya gəlib. "Sorğuya əsasən ən çox alış edən alıcılar işləyən kateqoriyaya aiddir. 2-ci kateqoriyada isə təqaüdçülərdir. Bal alanlar əsasən 46-56 yaş arasında və 56 yaşdan yuxarı olan insanlardır. Sorğuya əsasən, 747 alıcı 25-50 manat dəyərində, 744 nəfər 50-100 manat dəyərində, 100-150 nəfər 360 manat dəyərində bal məhsulu alıb”.

Onun sözlərinə görə, ümumulikdə, respondentlərin 87 faizi yarmarkadan razı qalıb:

“Sorğuda iştirak edən alıcıların 2396 nəfəri yarmarkanın qiymətləndirilməsinə 5 bal üzərindən 5 bal verib, geridə qalan 73 nəfər 4 bal, 1 nəfər isə 2 bal verib".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi