Modern.az

Saxta bal satan arıçılara yarmarka QADAĞASI

Saxta bal satan arıçılara yarmarka QADAĞASI

21 Oktyabr 2019, 15:48

Yarmarkada qaydaları pozan və məhsulun keyfiyyətində sonradan dəyişiklik edilən şəxslərlə bağlı tədbir görüləcək.

Modern.az xəbər verir ki, bunu Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

Onun sözlərinə görə, yoxlamalardan keçdikdən sonra təşkilatçı ilə arıçı arasında müqavilə imzalanıb:

“Müqaviləyə riayət etməyən arıçılar ən azı bir dəfə olmaqla növbəti illərdə keçirilən yarmarkalara buraxılmayacaqlar”.

Məhsulun açıq şəkildə satışı barədə danışan L.Məmmədova bildirib ki, bu, qadağan deyil:

“MDB və Avropa ölkələrində də alıcılar həcminə və dadına görə məhsulu seçib alırlar. Təşkilat tərəfindən arıçılara uniforma və əlcək verilib. Əlcəklərdən istifadə etməyən, qaydaları pozanlar barədə tədbir görülüb, xüsusi aktlaşdırılıb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir