Modern.az

Səfir Azərbaycan dövlətinə təşəkkür etdi

Səfir Azərbaycan dövlətinə təşəkkür etdi

Aktual

21 Oktyabr 2019, 15:51

"Azərbaycan istər "Barış pınarı" əməliyyatı, istərsə də bundan əvvəlki antiterror əməliyyatlarında Türkiyəyə verdiyi dəstəklə hər zaman önə çıxıb. Bizim həqiqətən də bir millət, iki dövlət olduğumuz bütün dünyaya nümayiş olundu. Türkiyə və Azərbaycan xalqlarının hər zaman ürəkləri də eyni döyünüb. Bunun üçün Azərbaycan xalqına, dövlətinə və Prezidentinə təşəkkür edirik".

Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral keçirdiyi mətbuat konfransında deyib:

"Uzun müddətdir ki, Suriyanın şimalında terrorçuların yerləşdiyi və Türkiyənin buna laqeyd yanaşmayacağı barədə bütün dünyaya məlumat vermişik. Suriyada 9 ildir ki, davam edən vətəndaş müharibəsinin ağrılarını və çətinliklərini bu ölkədən sonra  ən çox çəkən Türkiyədir. Suriyadakı müharibələrdən qaçanlara Türkiyə qucaq açıb. Biz Türkiyə olaraq, Suriyada sülhün bərpa olunmasını istəyirik".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi