Modern.az

“Qarabağ problemi Azərbaycan qədər Türkiyə üçün də önəmlidir”

“Qarabağ problemi Azərbaycan qədər Türkiyə üçün də önəmlidir”

Aktual

21 Oktyabr 2019, 16:30

"Qarabağ problemi Azərbaycan üçün nə qədər önəmlidirsə, Türkiyə üçün də o qədər önəmlidir".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfir bildirib ki, Türkiyə Dağlıq Qarabağ problemini yalnız Rusiya ilə deyil, bütün görüşlərdə müzakirə edir:

 

"ATƏT-in Minsk qrupu başda olmaqla əlaqədar dövlətlərlə bu problemi müzakirə edirik. Prezident Ərdoğan BMT Baş Assambleyasının Nyu-York sammitində Qarabağ məsələsini qaldırdı. Biz Qarabağ münaqişəsini Azərbaycandan sonra ən yüksək səslə dilə gətirən ikinci ölkəyik. Üzərimizə düşən nə varsa, bundan sonra da etməyə hazırıq".

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi