Modern.az

Region gənclərinə sosial medianın sirləri öyrədildi

Region gənclərinə sosial medianın sirləri öyrədildi

Aktual

21 Oktyabr 2019, 16:30

 

Azəri Gənclər Alyansı İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Region gəncləri üçün Sosial Media Məktəbi” mövzusunda maarifləndirici layihəyə start verib.  Cəlilabad, Salyan və Lerik rayonlarında baş tutan layihənin icrasının başlıca məqsədi layihə iştirakçılarına yeni media bacarıqları, bloqqerlik, sosial media marketinqi və ondan faydalanmaq üsullarını aşılamaq və Sosial Media şəbəkələrində istifadəçilərin milli-mənəvi dəyərlərinin qorunması istiqamətində bilik və bacarıqlarının artırılmasından ibarətdir.

 

Modern.az xəbər verir ki, layihə çərçivəsində Cəlilabad, Lerik və Salyan rayonlarında 17-19 oktyabr tarixlərində baş tutan təlimlərdə 50-dən çox 15-35 yaş arasında gənclər üçün təcrübəli ekspert və təlimçilərdən ibarət “Bloggerlik”, “Sosial Media Marketinq”, “Yeni Media” və s. kimi mövzularda interaktiv təlimlər keçirilib. “Region gəncləri üçün Sosial Media Məktəbi” layihəsi çərçivəsində təlimlər zamanı jurnalist ekspert Seymur Verdizadə, Sosial media üzrə bloqqer Nərmin Knyazlı və təlimçi Sevda Məmmədova iştirak edib. Sosial Medianın faydaları, istifadə qaydaları və informasiya mübadiləsi, yeni medianın gücü və region gənclərinin bu proseslərdə iştirakı barədə gənc iştirakçılarla geniş fikir mübadiləsi aparılıb. Ekspert-təlimçilər çıxışları zamanı gənc iştirakçılara təlqin edirdilər ki, fəal vətəndaş olmaq və uğurlu təhsil, peşə və karyera imkanları əldə etmək və region gənclərinin şəbəkələşməsi üçün sosial mediada aktiv olmaq lazımdır.

 

Qeyd edək ki, gənclərin istədikləri peşəyə sahib olmaqları üçün uğurlu işlər görməyə motivasiya və gənclərlə aparılan diskussiyalardan sonra onların çoxsaylı sualları cavablandırılıb. Azəri Gənclər Alyansı İB-nin sədri Leyla Sadıqova də öz növbəsində gənclərə fəaliyyətlərində uğurlar arzulayıb, region gənclərini sosial medianın faydalarından yararlanmağa və milli-mənəvi məsələlərdə fəal iştirak etməyə dəvət edib.

 

Təlimlərin sonunda  iştirakçılara təbliğat materialları paylanılıb və xatirə şəkli çəkilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir