Modern.az

“Kimsə güclü Azərbaycanla diktə dilində danışa bilməz” - Deputat

“Kimsə güclü Azərbaycanla diktə dilində danışa bilməz” - Deputat

21 Oktyabr 2019, 16:59

""Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla və ölkə Konstitusiyası hər bir Azərbaycan vətəndaşı, ictimai-siyasi qurum sərbəst toplaşmaq azadlığından istifadə etmək, yararlamaq hüququna malikdir. Ötən illər ərzində də bu hüquqdan istifadə edilməsi üçün hər cür şərait yaradılıb, müvafiq məkanlar, yerlər, marşrutlar ayrılıb. Yəni, kimsənin, heç bir qurumun sərbəst toplaşmaq azadlığı hüququndan yararlanmasına zərrə qədər məhdudiyyət, qadağa qoyulmayıb. Özü də bunu Azərbaycan iqtidarı, Bakı Şəhər İcra Hakimiyyəti öz istəyi, öz seçimi ilə edib, kiminsə təzyiqi, diktəsi ilə yox. Onsuz da Azərbaycana heç bir diktə, təzyiq keçmir, o dövr  çox geridə qalıb. Kimsə güclü, qüdrətli Azərbaycanla diktə dilində danışa bilməz və bilmir".

 


Bunu Modern.az-a açıqlamasında millət vəkili, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.Onun sözlərinə görə, ancaq çox təəssüflər olsun ki, Azərbaycanda bəzi qüvvələr hələ də köhnə adətlərindən, şakərlərindən, mərəzlərindən əl çəkə, qurtula bilməyiblər.“Bir qismi isə tam şəkildə kənardan, Azərbaycanı sevməyən dairələr tərəfindən idarə olunurlar və bu da kimsə sirr deyil. Həmin qüvvələrə nə qədər qanunun aliliyinə riayət edilməsi, edilməyəcəyi təqdirdə isə  bunun  hüquqi müstəvi cavabının veriləcəyi deyilsə də, anladılsa da, onlar öz bildiklərini oxumaqda, özlərini qanunlardan yuxarı aparmağa cəhdlərini davam etdirməkdədirlər. Demokratiyadan, qanunların aliliyindən dəm vursalar da, öz davranışları ilə demokratiyadan da, qanunlardan da çox-çox uzqalarda, kənarda olduqlarını göstərirlər.


Bunun daha bir sübutu oktyabrın 19-da Milli Şura adlanan qüvvənin, radikalların Bakı şəhərində növbəti dəfə qanunsuz aksiyaya cəhd etməsində özünü göstərdi. Onlara əvvəlcədən müvafiq yer ayrıldığı və xəbərdarlıq edildiyi halda, Bakının mərkəzində qanunsuz aksiyaya, qarşıdurmaya, gərginliyə cəhd göstərməklə,  həmin qüvvələr bir daha əsl məqsədlərini, məramlarını, niyyətlərini ortaya qoydular. Göstərdilər ki, onlar üçün qanunların heç bir əhəmiyyəti yoxdur, demokratiya da qətiyyən onları maraqlandırmır.


Onları ancaq öz cılız, dar, şəxsi maraqları maraqlandırır və bu istiqamətdə də  təəssüf ki, hər şeyə getməyə hazırdılrlar. Ancaq bir məsələn unutdular və unudurlar ki, indi Vəzirovun, Mütəllibovun dövrü deyil ki, istədiklərini etsinlər, xaos, anarxiya yaratsınlar. Bu gün onların qarşılarnda güclü, qüdrətli dövlət, böyük siyasi iradə var. Artıq onların istəkləri, niyyətləri baş tutan deyil və bundan sonra da baş tutmayacaq.


Güclü, qüdrətli Azərbaycan dövləti və Azərbaycan xalqı buna imkan verməyəcək. Ölkə qanunlarla idarə olunur və hər kəs də buna tabe olmalıdır. Olmayanlarla isə qanunun dilində, hüquqi müstəvidə danışılacaq. Yenə təkrar edirəm ki, aksiya keçirmək, eriraz etmək istəyirlərsə, buyursunlar onlar üçün  ayrılan məkanlara getsinlər, hüquqların reallaşdırsınlar. Kimsə onların qabağını kəsməyib. Amma qanundankənar heç bir fəaliyyət mümkün deyil və mümkün olmayacaq “-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

 

    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı