Modern.az

“Bu düşüncə tərzi yeniyetmələri lazımsız riskli addımlara sövq edir”

“Bu düşüncə tərzi yeniyetmələri lazımsız riskli addımlara sövq edir”

21 Oktyabr 2019, 17:15

Fuat Bakışlı

 

….Böyükərimiz üçün yetkinlik dövrü rejimsiz və nizamsız bir mərhələdir. Bu mərhələ “gəncə heç bir şey başa salmaq mümkün olmadığı üçün nəsihət etmə səyinin sıx olduğu bir dövr” olaraq açıqlana bilər

 

Bu dövr niyə  ziddiyyətlər dövr hesab olunur?

 

Təklikdən duyulan həzlə yanaşı bir qrupa qoşulma istəyi, yetkinləri xor görmə, amma ona dözmə; narahatlıq və ümidsizliyə qarşı gələcəyə coşqu ilə yönəliş bu ziddiyyətlərin diqqəti ən çox cəlb edən cəhətləridir. Bu mərhələdə duyğuların şiddətləndiyi müşahidə edilir. Bunlar əsəbilik, hirs, qışqırma, hər şeyə etiraz etmək kimi xüsusiyyətlərdir. Bu dövrdə gənclərdə tez qurulan və pozulan əlaqələr, tez təsir altına düşmə, başqalarının diqqətini cəlb etmək və baş rola sahib olmaq səyi özünü göstərir. Cəmiyyətdə hörmət qazanmağa və status sahibi olmağa ehtiyac duyur. İctimai uyğunlaşma geniş ölçüdə bu ehtiyacın qarşılanmasına bağlıdır. Bu baxımdan gəncin bu dövrdə ailəsi ilə, yoldaşları ilə və müəllimləri ilə olan əlaqələri də əhəmiyyətlidir.

 

Onların  sosial-emosional inkişafında  hansı dəyişikliklər baş verir?

 

Bu dövrdə uşaqların əsas missiyası öz şəxsiyyətlərini formalaşdırmaqdan ibarətdir. Əgər orta uşaqlıq dövründə uşaqlar öz şəxsiyyətlərini formalaşdırmaq üçün mühitlərində olan insanlardan qeyd-şərtsiz nümunə götürürlərsə, yeniyetməlik dövründə bu örnəkləri öz düşüncə və dəyərləri ilə birləşdirərək qəbul edirlər. Şəxsiyyətinin formalaşmasında yeniyetmənin keçirdiyi çaşqınlıq bu dövr üçün normal əlamətdir. Yeniyetmələr öz şəxsiyyətlərini formalaşdırana qədər bir neçə obrazı sınaqdan keçirmiş olurlar. Əgər bütün bunlardan sonra da öz şəxsiyyətlərini formalaşdıra bilməsələr, onlarda çaşqınlıq əmələ gəlir, yeniyetmələr kim olduqlarını müəyyən edə bilmirlər. Bu zaman onlarda gələcək həyatları haqqında heç bir fikir yaranmır, həyatın onları hara aparması barədə hər hansı proqnoz formalaşmır. Başqalarına qarşı aqressivlik, dözümsüzlük, səbirsizlik, çılğınlıq yeniyetmələrin yaşın bu çağında keçirdikləri çaşqınlıq hissinə qarşı özünümüdafiə mexanizmidir.

 

Yeniyetmələrdə şəxsiyyət necə formalaşa bilər?

 

Yeniyetmələr şəxsiyyətlərini öz qavrayışlarına və digərləri ilə münasibətlərə əsaslanaraq formalaşdırmalıdır. Onlar bu prosesi uğurla həyata keçirmək üçün övlad, dost, qardaş, bacı, qonşu, nəvə, şagird, tələbə və s. kimi sosial rol və təcrübələri özünüdərk hissi altında cəmləşdirməyi bacarmalıdırlar.

 

Erkən şəxsiyyət formalaşması necə baş verir?

 

Bəzi yeniyetmələr öz valideynlərinə xas dəyərləri və artıq sınaqdan keçirilmiş təcrübələri özlərinə tətbiq edərək şəxsiyyətlərini erkən formalaşdıra bilirlər.  Digər yeniyetmələr isə öz valideynlərinin, yaxud yaşadıqları cəmiyyətin dəyərlərini qəbul etmək istəmir, onlarla eyni dəyərə malik olan həmyaşıdlarının dəyərlərinə üstünlük verirlər.

 

Gec formalaşan şəxsiyyətin xüsusiyyəti nələrdən ibartədir?

 

Bir qrup yeniyetmələr isə nə valideynlərinin, nə cəmiyyətin, nə həmyaşıdlarının, nə də dostlarının dəyərlərini qəbul edirlər. Belə yeniyetmələrdə şəxsiyyətin formalaşması prosesi çox çətin və gec baş verir. Çünki onlar hansı qrupa, hansı dəyərə aid olduqlarını müəyyən edə bilmirlər. Beləliklə, həmin yeniyetmələrdə öz öhdəliklərinə qarşı məsuliyyətsizlik hissi yaranmağa başlayır. Yeniyetmələr öz dostlarını adətən onların maraqlarına, dünyagörüşlərinə uyğun insanlar arasından seçirlər. Yeniyetmə qızlar əksər hallarda onların hislərini başa düşən və dəstəkləyən insanlarla vaxt keçirməyə üstünlük verirlər. Yeniyetmə oğlanlar isə öz hislərini başqaları ilə bölüşməyi bir o qədər də xoşlamırlar. Yeniyetmə oğlanlar eyni zamanda onları çətin vəziyyətlərdə müdafiə edən şəxslərlə dostluğa üstünlük verirlər. Orta yeniyetməlik dövründə (qızlar üçün 14-16 yaş, oğlanlar üçün 15-16 yaş) yeniyetmələr əks cinsdən olanlarla vaxt keçirməyə meyl göstərirlər. Kim olduqlarını təsdiqləmək üçün onlar elələri ilə oturub-durmağa başlayırlar ki, həmin insanlar onların şəxsiyyətini təsdiq etsin və gücləndirsin. Yeniyetmələr vaxt keçirdikləri, onlar üçün “unikal” olan bu qrupu əvəzolunmaz bir dəyər kimi toplumdan ayırırlar. İdraki inkişaf yeniyetmələrdə öz şəxsiyyətlərinə uyğun xüsusiyyətlər formalaşdırır.

  

Yeniyetmələr  öz fəaliyyətlərini necə tənzimləyə bilərlər?

 

Yeniyetmələr məktəbdə öz dərslərini artıq valideynlərinin köməyi olmadan oxumalı, idman fəaliyyətinə, o cümlədən digər məktəbdənkənar fəaliyyətlərə sərbəst olaraq qoşulmalıdırlar.  Bu fəaliyyətlərdə qazanılan uğurlar yeniyetmələrin özünəhörmət hissini daha da gücləndirir. Bu dövrdə bəzi qızların bir, digərlərinin isə bir neçə yaxın rəfi qəsi olur və uğurlu alınır. Yeniyetmə qızlar rəfi qələrini itirdikdə bu, onlar üçün böyük kədərə çevrilir. Qızlar öz rəfi qələrini adətən qruplarında, siniflərində olan başqa qızlara qısqanırlar. Orta yeniyetməlik dövründə qızlar qrup şəkilində dostluq edirlər və bu qrupda oğlanlar da olur.19 Yeniyetməliyin son illərində isə qrup dostluqları, əsasən, cütlüklərin dostluğuna çevrilir. Yeniyetmə oğlanların dostluğu da yeniyetmə qızların dostluğuna bənzəyir. On lar da qızlar kimi digər oğlan həmyaşıdlarına qarşı qısqanc olur və rəqabət hissi keçirirlər. Oğlan yeniyetmələrin dostlu ğu müvəffəqiyyət qazana bilər. Qızlardan fərqli olaraq oğlan lar kiçik qrup şəklində deyil, böyük qrupda dostluq etməyi xoşlayırlar. Oğlanlar dostları ilə gəzib-dolaşmağa, müxtəlif idman oyunları oynamağa meyil göstərirlər. Onların böyük qrupları da yeniyetməliyin sona doğru dağılır və qrup dostluğu öz yerini cütlüklərin dostluğuna verir.

 

Özünəhörmət və özünüdərk hissi yeniyetmələrin şəxsiyyət kimi formalaşmasına  necə təkan verir?

 

Yeniyetmələrdə özünüqavrama hissi çox yüksək olur. Bu xüsusiyyətlərin formalaşması ilə onlar öz dünyagörüşlərini formalaşdırırlar. Yeniyetmələr inanırlar ki, dünyagörüşü, özünüdərk, dəyərlər, münasibətlər, yanaşmalar, əlamətlər bir yerdə onların kimliyini müəyyən edir. Həyat təcrübəsi, iş, dostluq münasibətləri, məktəbdə qazanılan nailiyyətlər, ailədaxili münasibətlər yeniyetmələrdə özünəinam hissinin güclənməsinə kömək göstərir. Bütün bunlar eyni zamanda yeniyetmədə özünəhörmət hissini formalaşdırır. Uşaqlardan fərqli olaraq yeniyetmələr məktəbdə yaxşı oxumaq, dostluq etmək, boş vaxtlarını səmərəli keçirmək üçün yalnız öz imkanlarına bel bağlayır və bu imkanlardan

 

”Fərdi-Mif” sindromu nədir?

 

Yeniyetmələrə elə gəlir ki, onların keçirdikləri hisləri yalnız onlar keçirir və bu hisləri həyatda onlardan başqa heç kəs keçirməmişdir. Bu dövrdə yeniyetmələrdə daha bir xüsusiyyət də üzə çıxır. Tədqiqatçılar bunu ”Fərdi-Mif” sindromu adlandırırlar. Bu sindroma əsasən, yeniyetmələrə elə gəlir ki, onların başına heç bir zaman pis şey gələ bilməz. Bu düşüncə tərzi yeniyetmələri, xüsusilə də oğlanları bəzi lazımsız riskli addımlara: məsələn, avtoxuliqanlıq, içki, siqaret və s. kimi ziyanlı hərəkətlərə sövq edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı