Modern.az

“Məktəbimizdə” - FOTORUBRİKA

“Məktəbimizdə” - FOTORUBRİKA

21 Oktyabr 2019, 17:49

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir.

 

Modern.az xəbər verir ki, budəfəki görüntülər Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdən çəkilib. Məktəb 1981-ci ildən fəaliyyət göstərir. Cari ildə tədris binası Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edildikdən sonra şagird və müəllimlərin istifadəsinə verilib.

Təhsil müəssisəsində  oxuyan 710 şagirdin təlim-tərbiyəsi ilə 82 müəllim məşğul olur.

Son 5 ildə sözügedən məktəbin məzunlarının ali təhsil müəssisələrinə qəbul göstəricisi 50-60  faiz olub.

"Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!