Modern.az

Ermənistan Bakıda keçiriləcək sammitdə iştirak etməyəcək

Ermənistan Bakıda keçiriləcək sammitdə iştirak etməyəcək

22 Oktyabr 2019, 13:05

"Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirak edəcək ölkələr arasında Ermənistan yoxdur".

 

Modern.az xəbər verir ki, xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib.

"İştirakçı ölkələr Bakıda Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün onlayn müraciət ediblər. Hazırda Ermənistan siyahıda yoxdur".

 

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?