Modern.az

“Xocalı soyqırımı münasibətilə...” ifadəsi düzgündürmü?

“Xocalı soyqırımı münasibətilə...” ifadəsi düzgündürmü?

Aktual

27 Fevral 2012, 10:41

Mətbuatda hər hansı üzüntülü hadisə ilə bağlı “münasibətilə” ifadəsi işlənilir. Son günlər “Xocalı soyqırımının 20 illiyi münasibətilə” ifadəsi də bəzi elektron və yazılı media orqanları tərəfindən tez-tez işlədilir. Bu, nə dərəcədə doğrudur?

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Modern.az saytına açıqlamasında belə hallara rast gəldiyini qeyd edib: ““Münasibət” sözünün müsbət məzmunu ilə yanaşı, onun neytral mənası da var. Əgər bu söz üzüntü ilə bağlı məqamlarda, deyək ki, başsağlıqlarında işlənərsə o zaman üslub xətası olur. Amma onun yerinə “əlaqədar” sözü ilə işlədilsə, üslub yerində olar. Məsələn, “Xocalı soyqırımının 20 illiyilə əlaqədar”, bu, artıq düzdür. Amma qeyd edim ki, bu çox ciddi xəta deyil, sadəcə üslub xətasıdır”.

Nəsimi adına Dilçilik İnstitinun elmi katibi İlham Tahirov da “münasibətilə” sözünün bu məqamda işlədilməsinin əleyhinədir. O qeyd edib ki, bu, rus dilindəki “v otnoşeniye” sözünün tərcüməsi əsasında işlədilir.

“Əslində burada “münasibəti” əvəzinə “görə” istifadə edilsə, daha yaxşı olar. Mən şəxsən özüm bu cür istifadə edirəm. Yazdığım məktublarda, yazılarda hər zaman “Xocalı soyqırımın 20 illiyinə görə” kimi istifadə edirəm”.

Aytən ƏLİYEVA

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır