Modern.az

Bakıdakı 21 mərtəbəli binada yanğın baş verib

Bakıdakı 21 mərtəbəli binada yanğın baş verib

26 Dekabr 2009, 13:31

Bakının Yasamal rayonunda iyirmibirmərtəbəli yaşayış binasında yanğın baş verib. Modern.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, yanğın binanın zirzəmisində və 21-ci mərtəbəsində baş verib. Alov 21-ci mərtəbədəki 8 otaqlı mənzildə yayılıb.
Hadisə yerinə çağırılan yanğınsöndürənlər həmin vaxt yanan mənzildə olan 2 nəfəri və daha 15 sakini təxliyyə ediblər. Alovun qarşısı alınıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir